"məni bağışlayın,amma mən ömrümü çürütmək niyyətində deyiləm,nə də ki sizin kimi həyatımı yola vermək istəmirəm.
Qurduğum axmaq arzuların hamısı keçid dövründə qalıb,indi oturub ciddi-ciddi gələcəyimi qurmalıyam.Mən nə qotik,nə punk,nə də digər mədəniyyətlərin arxasıyca düşüb özümü məhv etmək istəmirəm.
Mən illər sonra bu günümə baxıb,peşman olmaq istəmirəm.
Bağışlayın amma bir müddətlik hamınıza rədd ol deyəsim gəlir içimdən.Görüləsi işlərim çoxdur.
Sosialoji dünyada daş dövrü insanı olmaq niyyətindəyəm,heç nə lazım deyil.
İnternet,telefon,televizor,blutuz,mahnı və nələr nələr.Hamısını götür çantamdan,bir adi su qoy əvəzinə.Heç cola da lazım deyil,adi su olsun.
Olduğum yerdə mənə bəs edənləri yoldan tapacam.
Bu qədər işimin içində mən hələ də "sevgilim" dediyim o zibilçələrə cavab yazmağa vaxt tapıram.Heç bir qız,heç bir sevgi lazım deyil mənə,tək qalmaq istəyirəm bir müddətlik.
Uğur hardasa buralardadır,yaxınımdadır,sadəcə işləmək lazımdır yaxşıca.
Xırda uğurlarla özümü aldatmaq niyyətim yoxdur,məqsədlərim,hədəflərim böyükdür.Mənə bu gün,bu dəqiqə nə azadlıq lazımdır,nə də ki sevgi.
İşim olanda hamısı qapıma sırayla düzüləcək onsuz.
Bilirsiz,bezmişəm artıq.Atama nələrisə başa salmağa və onla dirəşməyə.O başa düşməyəcək,ona görə də onla özümü hələ ki yormuram.Bu dəqiqə məşğul ola biləcəyim ən sonuncu iş,kiminsə acığına enli şalvar geyinmək,evə gec gəlmək,saqqalı uzatmaqdır.
Evə qəsdən gec gəlmək son 2-3 ildəki ən böyük axmaqlığım olub,özümü azad hiss edirdim güya.
Azadlıq hələ ki çox uzaqdadır,yaxında olana getmək lazımdır.
QAZANC və UĞUR.
Nəysə,bu yazdığım da çox uzandı.Mən getdim,özünüzə yaxşı baxın.Sosial xoşbəxtliklər arzu edirəm sizə.Bu əlvida deyil,müvəqqət bir inzivadır,nə də özümü intihar deyil,inzivadır."
SlideShow
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 rəy:
Отправить комментарий