SlideShow

0

Qayıt gəl

Mənə azadlıq lazım deyil,qayıt gəl.
İndi peşmanam hər şeyə görə,amma faydası nə?!
O vaxt dediklərini indi hər gün eləyirəm,
Yuxudan tez dururam,dərsə gecikmirəm və artıq içmirəm.

Mənim nə sevgidə bəxtim gətirir,nə də ki,ayrı şeylər,
Ağrılarımı azaltmır artıq ağrıkəsicilər,
İçim dərman,vurum iynə,bəlkə nəysə yoluna düşər,
Amma yox!
Bu dəfə əlbayaxa savaşacam həyatla,şərtimiz şərt!

İnsanı sevdikləri sevməyəndə,yaxınları yad olanda,özünü necə hiss edir?!
Mən də onları hiss edirəm.
Gözümü hərləyirəm-aşağı,yuxarı,sağa,s​ola,
Ki bəlkə görərərm sənə aid nəsə bir şey.
Ya da ki,gün batmamış dalıram yuxuya,
Bəlkə yuxuma gələrsən deyə,nə bilim.
Nəsə belə bir şey.

Yadımdadı deyirdim ki:"Mən tək də bacararam!"
İndi özümü bağışlayammıram,ağzım dadırdı o vaxt ayrı dad.
O vaxt da isti yerdəydi ağzım,yadımdadı sən deyirdin,
Mənə çətindir həyat,üşüyürəm.
Qayıt gəl,isinim.

0 rəy:

Отправить комментарий