Nə vaxtsa gedək o yerlərə-payızda bir gün,
Bir az yağış olsun,bir az da sən gül.
Dalğalar da danışar bizimlə,küləklər də əsər,
Yəqin onda tək hiss eləmərik biz özümüzü.
Bir az adi günlərdən olsun,bir az da özəl,
Şərabımız tükənməsin qoy,otağa doluşsun tüstülər.
Bezəndə hər həftəsonu evdən,işdən və dərsdən,
Telefonları söndürüb qaçarıq onda yəqin biz şəhərdən.
İntiharın qoxusu ilə ətirlənib görüşə gələrik,
Soyuqdan buz tutan ruhlarımızı öpüşlərlə isidərik,
Hamı məsləhət verəcək,ən doğrusunu yəqin biz bilərik,
Qollarımızda qandallar qırılar o vaxtlarda yəqin.
İkimizə bir dünya yaradıb,içəridən qapısını bağlı tutarıq,
Sən arzularını saçına bağla,mən ümidlərimdən ev quracam.
Tapandan sonra sən məni və mən də səni,
Hər bir şeyi unudarıq anında yəqin.
SlideShow
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 rəy:
Отправить комментарий