SlideShow

0

“tərcümeyi-ruh”um.[son bir ayı əhatə edən]

nəsə birtəhərəm son günlər.hər şey istəmədiyim məcraya doğru axır.bir-bir ətrafım təmizlənir.hamıdan soyuyuram,hamı məndən soyuduğu kimi.ancaq içirəm bacardığım qədər.yadıma düşmüşkən çəkməyə də başlamışam.özümü təbrik eliyirəm bu münasibətilə.heç nəyə marağı qalmıyıb.o gün yenə özümə məğlub oldum.sən yadıma düşmüşdün.bilmirəm bu gedişnən hara doğru gedirəm,amma vecimə də deyil indən beləsi.həyatım alt-üst olar deyə də bir qorxum yoxdu!Bəlkə də həyatımın altı üstündən daha da gözəldir hə?!..itirəsi heç nəyim qalmıyıb.hamı yavaş yavaş maskasını çıxardır!ən yaxın bildiklərimin yadına düşmürəm.hamı nəsə lazım olandan olana məni arayıb axtarır.feysbuk da bir yaraya dərman deyil.sadəcə onun bunun pox-püsürünü like eləməkdir feysbuk.Çox əclaf məkandı feysbuk!uşaqlığından bu yana tanıdığın insanlar sənə orda salam belə vermirlər.özlərinə sığışdırmrlar.yalnızca o səhifəni,bu şəkli like etməyə lazım olandan olana salam yazırlar.
hamı eyni sualı verir mənə.”nolub sənə?niyə beləsən?nələr olub həyatında?”falan.
Həyatımda olan bitən bir şey yoxdu!Ən böyük dərd də elə budu!Bir şeylər olsun,bir şeylər yaşıyım deyirəm,amma olmur.Zibilə qalmış monoton bitmir.neyniyim səncə hə?!
Bəzən tanımadığımız insanlar bizə bizdən yaxın olur.bu cümləni eşitdiyimdən o qədər də inanasım gəlmirdi,amma o gün inandım!tanımadığım bir insan mənə məndən yaxın oldu.danışdıq uzun müddət.bilmirəm o kim idi ya da nəçiydi!amma danışdıq.hər şeydən danışdıq.həyatdan,içkilərdən,siqaretlərin ziyanından xeyrindən,o öz sevgilisindən,mən də öz təl\kliyimdən.sonra ayrılıq səbəbini danışdı.mən də ürək dirək verdim.sonra yazılarımı oxudu,mən də onunkunu.çox rahatladım,illərdir axtardığım buydu dedim içimdə.amma gecikmişdim!onunla sağollaşdığım andan darıxdım onun üçün.bilmirəm necə olmuşdu amma bir saat ərzində söhbətimiz mənə elə təsir bağışladı ki, güya onu illərdir tanıyıram.bu hissi heç yaşamamışdım əvvəllər ona görə elə təsir bağışlayıb bəlkə də.bilmirəm.yazını da bitirmək istiyirəm.növbəti bir ayda görüşərik,sağ qalsam.
P.S:arağı pendirsiz içməyin,pivəni də elə.çoxlu da balıq yeyin,xeyirdir.siqareti kəşf edənə də rəhmət oxuyun.mən ölsəm mənə dua zad lazım deyil,ardımca da ağlamayın,party təşkil edin əksinə. hələlik
://

0 rəy:

Отправить комментарий