
İnsan yaş artdıqca ağlıya bilmir.Amma yaş artdıqca ağlamaq istiyir insan.Göz yaşına daha çox ehtiyac olur insanın yaş artdıqca.Sümüklər də bərkiyir insanda yaş artdıqca.Qaça bilmirsən,istəsən də!bir yerdə oturub qalırsan.Ruh da yorulur vaxt ötdükcə.Mübarizəyə həvəs qalmır.Təslim olmağa vərdişli olursan yaş artdıqca.
Həyat çox acımasızdı.Həyat ona bir dəfə boyun əyənləri ömürlük köləsinə çevirir.
Yaş artdıqca,böyüdükcə hər şey dəyişir.İnsanın həyata baxış açısını,hansı pəncərədən və necə baxcağını dəyişir bu yaş artmalar,böyüməklər.İnsanın içi daha da tozlanır,kirlənir,pas tutur yaş artdıqca.Göz bəbylərinin rəngi dəyişir,ürək döyüntüləri,nəbz dəyişir.Saçlar da ağarır insanda yaş artdıqca.Bir zibil qutusu olur insanın içi adətən yaşı artdıqca.Zibil atmaq istəmirəm mən.Mən içmək istəyirəm.
Mən elə bir insan tanımıram ki,uşaqlığında istədiklərini böyüdükcə yenə də istəsin.Həyat bu qədər əclafdı!Biz böyüdükcə keçmişimizə daha çox bağlanırıq.Həmişə və hər zaman yaşanan “bu gün”lərdə bir “keçmiş”imiz yaşayır.Yaxşı getmir bizim həyatımız.Yaşaya bilmirik,sevinə bilmirik biz.
Həyat ədalətsizdi ya Tanrı?Ya insanlar gücsüzləşir?Bəlkə təbiətdi günahkar?Hə o da günahkardır.O lap əclafdı.Zaman lap əclafdı!
Yaş artdıqca bunları öyrənir insan.
Mən doğulduğum günə indi lənət oxuya biməyəcək qədər zəifəm.Mən həyatı çox,amma çox sevirəm.Çünki arzularım ondadır,onun əlindədir.Mən həyatı sevməyə bilmərəm.
Ölüm məni qorxuzur,çünki mən pisəm!Həyat mənə yaşım artdıqca yaxşı heç nə vəd eləmir.Mən böyüdükcə daha da itirirəm.
Amma mən həyatı sevirəm,mənim həyatım çox gözəldir.
Yaş artdıqca həqiqətlər eybəcərləşir insanın gözündə.ölüm çox düzgün vaxtda gəlir hər ihnsanın həyatına.”vaxtsız ölüm” deyə bir şey yoxdur məncə,mən inanmıram elə şeyə!Ya həyatı sevməyə başladığında ölürsən,ya da heç nə görməmiş.həyata nifrət etməyə başladığında onsuz ki ölürsən.Mən doğulanda öldüm.
Heç vaxt heç vaxt düzgün olmayacaq.mən həyatı sevirəm,mənim həyatım çox gözlədir.
Pul ən qəddar hökmdardır.Tanrı pulu qısqanır.Həyat yenə də günahsız çıxdı!Həyaq saqqız kimidir.Çeynədikcə dadı dəyişən,dadı itən amma ağıza atanda şirin olan bir saqqız kimidi həyat.Hər adam ata bilmir saqqızı rahat rahat ağzından.Siqaret və içkilər kimi.Həyat pis vərdişdi.
İnsanlar çox zəifdilər,istədikləri vaxt intihar edə bilmirlər.gücsüzdülər.
Mən həyatı çox sevirəm,mənim həyatım çox gözəldir.
İnsanlar hər şeyi qarşılıqla edir,dünyanın yaşı artdıqca,dünya qocaldıqca.Yaş artdıqca olur hər şey.Zaman edir hər şeyi.Heç bir yaranı sağaltmır zaman.
Zaman əqrəbləriylə öldürür məni!
Hər şey çox çətindir,mən oxumaq istəmirəm daha!
Amma mənim həyatım çox gözəldir,mən həyatımı sevirəm.
0 rəy:
Отправить комментарий