
Özümü bağışlaya bilmirəm.Səni tapmışkən,itirmək çox çətin gəlir mənə.Həzm edə bilmirəm aldanışı,gecikməni,məğlubiyyəti və...Və hər şeyi.Ümumiyyətlə pis olan hər nə varsa onu həzm edə bilmirəm.Qursağımda ilişib qalır.Amma öyrəşirəm həmişə niyəsə.İnsan belədi.İnsan çox qəribə məxluqdur,çox qəribə yaradılışdır.Hər mühitə,hər şeyə öyrəşir.Ən qəddar şeylərə belə öyrəşir və onu adiləşdirir.
Özümü bağışlaya bilmirəm.Səni tapmışkən itirmək çox çətindir.Bəlkə də biz bir ömür boyu bir yerdə olacaqdıq.Amma tale ən son kartını oyunun ən maraqlı yerində açır.Sən qələbə qazandığını düşünərkən,o ən son kartında kozer açır.Və sən məhv olursan.Həyat belə bir oyundur.Ən başında tale sənə bütün hər şeyi verir.Amma yaxşı oyunçunun bir qaydası var udmaq üçün.O bilməlidir:”Tale verdiyi bütün hədiyyələri bir gün geri alacaq!”
Özümü bağışlaya bilmirəm,özümə nifrət edirəm hətta.Özümdən iyrənirəm,özümdən utanıram.Hər şeyi özümə mən eliyirəm ümumiyyətlə.Hər nə olursa özüm özümə eliyirəm mən.Başqa heç kəs heç nə eləmir mənə.Özüm özümün qatili və məhvedicisiyəm.Bu son şans idi bəlkə də.Sənin yaxşı ya da pis olmağın məni elə də narahat etmir..Kənardakıların sənin haqqındakı dedi qoduları və mənim haqqındakı mülahizələri vecimə də deyil inan ki.Mənim üçün ən önəmli olan sənsən!Ayrı həqiqət yoxdu mənimçün!Keçmişinin pis ya yaxşı qaranlıq ya da ki parlaq olmağı da mənim qərarımı dəyişməyəcək.
Və özümü bağışlaya bilmirəm mən!bu həyatdakı ən vacib olan şey səni tapmağım idi bəlkə də.Amma son anda hər şey əlimdən sürüşdü və yerə düşdü.Xəyal qırıqlığına məruz qalmışam indi.Mövlana derdi ki:”Hər şeyim var.Heç nədən yoxluq çəkmirəm.Amma xoşbəxt ola bilmirəm.İçimdə bir boşluq var ki,gün keçdikcə böyüyür və mən sanki o boşluqdan hamiləyəm.Bir kəsə ehtiyacım var.O kəsə ki,içimdəki boşluğu nur və sevgiylə dolduran.Ruh əkzimə və can yoldaşıma ehtiyacım var.”
Və bu sözlər eyni ilə mənim indiki halımı xarakterizə edir.Öz Şəmsimə və öz günəşimə ehtiyacım var.Qaranlığıma son qoyan bir günəş.Elə günəş ki doğduğu zaman batmasın.Bəlkə də möcüzə olsa biz bir ola bilərik.Amma olmayacaq bilirəm.Möcüzələr yalnız kinolarda və nağıllarda olur.Mənim yaşadıqlarım və gördüyüm hər hadisədən çıxartdığım bir nəticə var:Gözəl olan hər şey yuxudur!Amma inanmağı elə çox istəyirəm ki.
Sənlə aramızda olan məsafələr elə çoxdu ki..Sən eynilə mənsən.Sən eynilə mənim istədiklərimi istəyib,arzuladıqlarımı arzulayırsan.Sən də mənim kimi düşünürsən.Amma gecikmişəm.Bu dünyaya gec gəlməyimmiş bütün bədbəxtliklərin səbəbi.Haşa!Tanrını günahlandırdığım yox!Əlbət bir bildiyi var.Demək istədiyim budur ki,səndən 8-9 il gec gəlməmdir səbəb.Talelərimizin bir gün kəsişəcəyinə inanardım...Bəlkə də insanlar bu qədər acımasız və qəddar olmasaydılar inanardım talelərimizin kəsişəcəyinə.Amma insanlar çox qəddardı.Onlar öz quru qaydaları və adətləriylə öz xoşbəxtliklərinin üstündən qalın bir xətt çəkirlər.Onlar bu axmaqlıqlarını görməyəcək qədər kordurlar!
Sizi öz halınıza buraxıram,siz də məni öz halıma buraxın!
Bəlkə də kinomuz o biri tərəfdə başlanacaqdır.ya cənnət bağçalarında çəkiləcək ya da ki,cəhənnəm alovları arasında.Amma ikimiz də eyni yeri paylaşacağıq.Buna əminəm!
Mən əsəbiyəm,çünki hər şeyin səbəbi özüyəm.Çox əclaf bir xislətim olduğu üçün əsəbiyəm mən.Özümü bağışlamayacam mən.
P.S:Mən səni tanımasam da,görməsəm də sevirəm.Və sevəcəm də!
0 rəy:
Отправить комментарий