
Dost nədir və ya kimdir?Dost və ya dostluq nəyə deyilir?Siz kimə dost deyirsiniz?Pulun olanda yanındakı peyda olunan şəxslərə “dost” deyilir.Dara düşdüyündə yanında həmin şəxslərin yoxa çıxması da “dostluq”deyilir.Mənim “dost”larım var,olub da,olacaq da.Mən”dost”luqlar yaşamışam,yaşayıram və yaşayacam da!Amma mənim heç dostum yoxdur.Beləsi çox yaxşıdır!Öyle kafana göre takılıyosun abi.Dost da neyin nesi ulan?!Hepsini sikdir et!Sıçdırtma şimdi burda ağzına.Nəysə.
O gün yenə depressiyadayam.depressiv anım idi.darıxırdım dəhşət.tək idim.facebook-a girdim.danışası adam axtarırdım.amma yox idi.heç nə dəyişmədi.Daha da tənhalaşdım.Dibə doğru getdim.Sonra çıxdım fb-dan.
Vərəği əlimin altına qoydum ki nəsə cızma qara edəm.Ürəyimi boşaltmaq istədim.Amma 0 nəticə.Qəribədir.Ürəyim doluydu,amma yaza bilmədim heç nə.Daha da dibə getdim.Və bu dəfə daha da gücsüzləşdim və bacarıqsız olduğumu hiss etdim anidən.vərəği cırdım o dəqiqə.
İçim çox qəribəydi o gün.Ürəyimə intihar damırdı nəsə.Qusmağım da gəlirdi.Ağlayıb boşalmağ istədim.Mahnı qoşdum.Olmadı yenə heç nə.Bir az da boğuldum.Acizləşdiyimi hiss elədim və də yaşlandığımı niyəsə.Mən əvvəllər belə deyildim.İstəyəndə ağlayıb boşala bilirdim.
Sonra içdim.üstündən də bir siqaret yandırdım.Sərxoş olmaqdı məqsədim.Beynim dumanlandı və hər şeyin bitdiyinə inanmağa başladım bir anlıq.Amma bir müddət davam elədi.Ayıldım tez də.Yenə eyni zibil.Bu dəfə qorxaqlığımı özümə təlqin elədim.Sanki bu hiss məni olduğum yerdən çıxardıb,əvvəlkindən daha da dərinə çırpdı!
Qərarsız qalmışdım.Onda düşünməyə vaxtım oldu bir az.Bütün ətrafım,yaxınlarım,”dost”larım,məni “çox” sevənlər,mənə “dəyər” verənlər..Heç biri yox idi yanımda.Sms yazmağa ərk elədiyim bir kimsə də yox idi.(gecə saatı olduğu üçün).
Sənin dostun var mı görəsən yuxarıdakı vəziyyətlərinçün?!Mənə dost ol,dost.Nolar gəl dost olaq.”dost” yox DOST!Kömək et mənə.Qaçdığım bu həyat yolu arxamdan silinə silinə məni də silməyə can atır.Qaça bilmirəm,ayaqlarım yorulub.
Gəl dost olaq.Nolar,dost olaq.Gəl dost olaq,dost!
=(
0 rəy:
Отправить комментарий