SlideShow
0
Tavan
Var gücümlə içimə qapanmışam.
Ayırmaq olmur ki heç cürə,
Məni-məndən və məni tənhalıqlardan,
Ruhumun bağlarını qopart mahnılardan.
Bu gecə iki gözüm də çox yorğundur,
Dünən gecə hər gözümə 7 notluq ağlamışam.
Sabahları qarşılayıram gözüaçıq yataqda,
Gözlər tavanda.
Hərdən özümü ordan asmaq istəyirəm.
Kəndir boğaza keçəndən əvvəl,
Başımın ətrafında fırlanır:yarımçıq arzular və yaşanmamış sevgilər.
Uzaqdan sevişmələr,yaxındakı titrəmələr,əl əsmələr və çəkinmələr.
Gücüm çatmır bu gün üçün,amma ümid çatır sabah üçün.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 rəy:
Отправить комментарий