SlideShow

0

Standart

Əslində dəyişən heç nə yoxdur.Hər şey hərf yığınından ibarətdir.Mən bu axmaqlıqları eləyəcəm yenə,yenə yazacam səfil-səfil heç kimə lazım olmayan bir yığın sətirləri.Sonra arsız arsız bunun qarşılığını gözləyəcəm.Heç nə etmədən,heç bir cəhd etmədən.Bütün problemlər məndədir,bunu 100% bilirəm.Gözümü yumsam da,hər şey olub bitsə yenidən açsam.O dərəcədə yorulmuşam.Heç nə amma heç nə vecimə deyil.Qazandığım hörmət,gördüyüm dəyər,sayqı yoxdur.Evdə dayanmadan danlanıram.Geyimimə,keçimimə,yaşayış tərzimə və görünüşümə görə.Hamı çox çəlimsiz və cılız olduğumu deyir,məşq eləməliyəmmiş.Məktəb uşaqlarına oxşayıram.Vecimə deyil.Nəyinsə qulpundan tutub bir xeyir işə yaramalıyam indilərdə.Hər şeydən əvvəl də bu qaramsar ruhu dəyişməliyəm.Bunu sən də deyirsən,geridə qalan bütün tanışlar da deyir.Azadlıq üçün yalnızca yaşayıram və gözləyirəm.Hərdən yadımdan çıxır ki azadlıq verilmir,alınır.Amma azadlıq uğrunda savaşacaq gücüm,həvəsim,inamım,imanım,bir mübarizə yoldaşım yoxdur.Bu dəqiqə otağımda bunları yazarkən və həyatımı düşünərkən bir çoxu sosial şəbəkədə modern yaşam tərzi keçirir.Hərdən sevinirəm mənə qoyulan bəzi qadağalara.Limitli internet,limitli televizor,limitli gecə,limitli telefon.Bəli,mən həbsxanada yaşayıram.Və etirazlarım yalnız kağızlardadır.Çünki qorxuram.Günün birində etiraz edərsəm,atamın məni it kimi döyəcəyindən və qapının ağzına qoymaqdan qorxuram.Onsuz ki hər həftənin sonları içdiyi içkilərin hamısını dadıram.Özünü unudur və məni yada salır yaxşıca.Bəli,mən belə yaşayıram.Bunları rahatca yaza bilirəmsə kopmleklərimin olmadığını düşünə bilərsiz,amma mən utancağam.Həm də çox.Qızarıram o dəqiqə.Bütün pərdələri və məni səndən uzaq saxlayan tikanları sökmüşəm.Bu yazını yazmağa başlıyandan belə oldu. İkinci olmaq artıq alın yazımdır deyə düşünürəm mən.Və ikinci olmaq bəzən xəyal olur.Heç bir əziyyət çəkmirəm və hər zaman sonlara sürüşürəm.Heç bir şey vecimə deyil.Çıxış yolunu içkidə,dərmanlarda,tütündə və ağlamaqda görən bir səfiləm mən.Yetiməm mən.Heç kəsim yoxdur.Bu dünyada tanıya biləcəyiniz ən arsız melanxolikəm bəlkə də mən.Həyasız və alçalmaqdsan bezmiyən ət yığınıyam mən. Səni eşşək kimi sevirəm və bu bir poxa dərman deyil.Mənim olmayacaqsan.Onu unutmamısan və unutmayacaqsan.Ehtiyacım olan şey bir azca cəsarət.Özümü öldürüb bunlardan qurtulmaq üçün.Bezmişəm.Nə uğruna yaşayacağımı yadıma salın.Çox sərxoşam yadıma gəlmir. Məni Allaha,ona inandırın.Bütün qorxularımı oğurlayın məndən,heç kəsə deməyəcəm,söz verirəm.Buna ehtiyacım var.Mən sizin kimi geyinən,keçinən,düşünən biri olmaq arzusundayam.

0 rəy:

Отправить комментарий