SlideShow

0

İndi

Nə qədər yazım mən,məhv eləmək üçün? İçimdəki hər şeyi və yeni başlanğıc üçün Lazımdır gözlərin,əllərin,səsin. Bu gecə də tək qaldım mən, Söz vermişdinsə əgər,niyə gəlmədin? Hər şeydən keçdim mən: Soyuqqanlığın,vecsizliyin və tərsliyin. Səhv yerlərdən keçdim mən sənə gəlmək üçün, Donub qaldım yollarında,eşitmədim mənə verilən məsləhətləri. İndi heç də peşman deyiləm, Çəkdiyim bu acılardan dolayı, Hiss elədiyim ağrıların sonu var mı? Ya yox mu bilmirəm. İndi heç də peşman deyiləm. Hələ nə yaşım var ki,nə ağrılar görmüşəm?! Böyüdürəm hər şeyi mən, Burda nə var axı,nə olsun ki?! Hər gecə ölürəm,dirilirəm,ölürəm. İndi heç də peşman deyiləm. Zamana buraxsaq əgər hər şeyi, Düzələr mi? Yoxsa tam əksi olar səncə? Zaman önünə çıxan hər şeyi silərmi,süpürər mi? Zaman içimdəki səni bhoğarmı,öldürər mi? Bilmirəm. İndi heç də peşman deyiləm. Bəlkə üstü qapalı saxlayaq hər şeyi, Göz yumum olana bitənə, Dözüm bir az,bir az da unudum hər dəfə. Bildirmiyim hisslərimi sənə,bildirmiyim təlaşlarımı Mən razıyam bunlara, Amma söz ver ki,yanımda olacaqsan sonuna qədər.

0 rəy:

Отправить комментарий