SlideShow
0
Üstdən alta
Heç vaxt həyatın alt-üst olmağından qorxmamışam.Bəlkə də həyatın altı-üstü daha da gözəldir.
©Şems-i Tebrizi
Məni gələcəkdə nə gözlədiyini təxmin edə bilirəm təqribən.Həyatımın ən alt mərtəbəsindəyəm və alt-üst olmağı üçün bircə düyməciyə basmağım kifayətdir.O düyməcik ərizə yazmaq və köçürtmək cəhdinin içində gizlidir.Universitetdən qovulmaq,ardınca ailədən qovulmaq,ardınca Bakıdan qovulmaq.18 ay səhvlərimi analiz edib,özümə yeni bir yol cızmağa kifayət edəcək bir zaman dilimidir.Hər şeydən arınmaq,dibə vurmaq və iimdəki bütün bütləri qırmaq o ərizədə gizlidir.Və o ərizə və yaxud cəhd imkan verəcək ki ətrafımdakı sərhədləri əlmlə əyim ya da ki qırım.Əlim qan içində olsa belə.
Və inzivamda özümdən hamilə qalaraq yeni bir mən dünyaya gətirəcəm.Bu bətndaxili inzivadır.
Gələcəyimi 4 cümlə ilə ifadə edə bilirəmsə demək ki dünyada nələrsə səhv gedir.Bu sizdə də belədir.Hamının gələcəyi,arzuları 3-5 cümlədən ibarətdir.Öləndən sonra bir abzaslıq nekroloq və bir iki danışılası söhbət qalırsa buralarda,sistemdə nələrsə yalnış dövr edir.Ya heç nə qalmamalıdır bizdən,ya da çox şey qalmalıdır.Doğru olan belədir,dost.
Həyat çox ucuzdur,heç nə əllərimizdə deyil.Və əgər bizə biriləri “həyatın əllərindədi”cümləsini deyirsə,demək ki həyat həqiqətən çox ucuzdur.Həyatım,gələcəyim,arzularım əllərimə sığırsa mən yaşamaq istəmirəm.Mən ki bu qədər dar və sadə insan deyiləm?!
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 rəy:
Отправить комментарий