SlideShow
0
Paramparça
Həmişə sona yaxınlaşdığımı düşünürəm və ətrafıma baxdığım zaman eyni şeyləri görürəm.Eyni insanlar,eyni qadağalar,eyni qorxular və eyni sərhədlər.Həmişə O`nu tapdığımı düşünürəm və...
Və güzgü önündə özümə baxdığım zaman...
Mən hələ də yarımçığam,hələ də bütünləşmə duyğusunu yaşamamışam.Mən hələ də həyatımda nələrinsə dəyişəcəyinə ümid edən o balaca uşağam.11-12 il əvvəlki həmin o balaca uşaq.Qorxaq,susqun,tükənməz ümidlərə sahib balaca.Artıq içimdəkiləri kağızlara tökməyi elə də sevmirəm mən.Çünki həmişə sonunda onları özüm yığışdırmaq məcburiyyətində qalıram.
Azadlıq isə yoxdur əslində,həyatın azad anları var.Eynilə xoşbəxtlik kimi.Bütün gözəl şeylər müvəqqətiliyə sahibdirsə,mənə əbədi cənnət bağçalarının xəritəsini göstərməyin.Tanrı sadəcə olaraq bizlə oynayır.Əminəm ki bundan əvvəlki dünya üçün bu dünya axirət olub.Cənnət,cəhənnəm yoxdur.Son yoxdur və olmayacaq.Hər şey dövr edir,dünya fırlanır və yer kürə şəklindədir.Hər şey bu qədər bəsitdir.
Bizlər yenidən doğulacayıq.Rollarımız dəyişəcək,ancaq eyni ssenarini oynacayıq.Bütün bunları düşünməkdən,götür-qoy etməkdən məndə nə gecə,nə gündüz,nə də yuxu qalıbdır.Hal-hazırda həyatımın ən önəmli mərhələsini yaşayıram zənnimcə.Uğursuzluqlar,ümidlər,özümə qarşı duyduğum müthiş gevənsizlik,arzular və nələr,nələr.Hamısı ətrafıma səpələnmiş şəkildədir.Darmadağınam,paramparçayam.Həyatımın ən gözəl dönəmidir indilər.Ən səliqəsiz dönəmim.Həyatım-bir gecə əvvəl party keçirilən,dağınıq otağa bənzəyir.Və sanki mən səfərdəydim,yenicə gəlmişəm otağıma və hər şeylə yeni tanış oluram.Ruh halımı və həyatımı bundan açıq izah edə bilmirəm.İndi isə bütün bunlara rəğmən istədiyim tək şey yatmaqdır.Dərin və uzun bir yuxuya ehtiyacım var.Bütün bu dağınıqlıqlar sanki vecimə deyil,mən öz yorğunluğumu çıxartmaq istəyirəm.İllərlə yatmaq istəyirəm mən,ata.Əl dəymə,yığışdırma otağımı,hər şeyi qaytar yerinə.Qapını bağla və çıx.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 rəy:
Отправить комментарий