SlideShow

0

Yadımdan çıxan yuxular

Yadımdan çıxan yuxular,
Hərdən darıxıram o yuxular üçün.
Yadımdan çıxan yuxular,
İçində sevgi də var,dünyam da var-varam özüm!
Və bir də heç dadmadığım qorxular.

Xoşbəxt olduğum anlar da olur,bədbəxt də,
Bilirsən,yazmaqla başımı qatıram ancaq ayrı heç nə.
Məndən olsa heç yazmazdım düzü,nə həyatımdan,nə də ki,sevdiyimdən,
Əvəzində bircə mövzum olardı-yadımdan çıxan yuxular.

Bizdən asılı deyil zamanın axını,bizdən asılıdı ancaq həyatımızı dəyişmək,
Gəldin həyatıma və dənizdə gəmilərim batdı,sağ qalmadı heç bircə dənə də!
İstəməzdim real olasan,istəyərdim olasan yadımdan çıxan yuxular tək.
Bəzən vahimə dolu küçələr,bəzən də cənnət misalı yaşıl çəmənliklər.

Yadımdan çıxan yuxular-çox gözəldir,çox gizlidir,sanki qadın.

Beynimdə hərəmxana tikməyə başladım,nəfsimin sərhədlərini siləndən bu yana,
Hər otağımda bir qadınla sevişirəm xəyalən,simaları hər an ağlımda.
Amma yadımda deyil ki,nə vaxt atmışam təməlini yaddaşsızlığımın,
Yadımdan çıxan yuxular qara qutusudur həyatımın,
Həyatım qəzaya uğrayıb,alın yazım dumanlı.

Bəlkə içində arzularım gerçəkləşir,gerçəkləşir və sonda yenidən başa qayıdır?!
Bəlkə də dadmadığım qorxuları dadır kimlərsə ya nələrsə.
Səhər açılmamış yadımdan çıxırlar artıq,sonra da tərk edib Bakını,
Bu xasiyyətinə görə hərdən oxşadıram yuxularımı sənə!

0 rəy:

Отправить комментарий