SlideShow

0

cızma-qara

Mənə vaxt ver,məndən uzaqlaş deməyinin ayrı cürəsi,
Bəlkə cürətin çatmadı birdəfəyə üzümə deməyinçün,bəlkə də qorxdun bir az,
Qorxulası tiplərdənəm sənə görə,qınamıram səni,
Mənim bu dəqiqə həyatda heç nəyim yoxdu,hətta adi xırda uğur,
Son itirdiyim səndən əvvəl,Bakının o əvvəlki qoxusu.
Bakı ayrı cür qoxur,təkliyi hər nəfəsdən burnumdan alıram içəri,
Ciyərimə təklikdən əvvəl çatır,siqaretdəki nikotin.
Əgər həyatımın alıtı budusa,üstünü göstərmə saxla özünə,
Ya da ki yox,alt-üst olsun həyatım,olsun həyatımda zəlzələ.

0 rəy:

Отправить комментарий