SlideShow

0

Xəyallarımdakı fahişə

Bir azdan duş alacam,sonra ilıq kofe.Yenidən pleyeri kalonkalara qoşacam və həmin mahnıları düzəcəm ardı-ardına playlistə.Təkrar-təkrar oxuyacaq həmin mahnılar və bayaqkıları təkrar edəcəyik.O da yəqin bu vaxt aralığında siqaret çəkər.Sonra yenə çəkəcək,sonra yenə və yenə.Yəqin sonra adəti üzrə adyala bürünüb foyeyə keçəcək.Saçını yığacaq və mətbəxə keçəcək.Soyuducudan bir neçə buz və rəfdən viski ya da jack daniel`s.Bu gün neçənci gündür?
Yadımdan çıxıb.Pulum da bitir və həvəsim də yoxdur yeni işə başlamaq üçün.Yeni planlar da qurmura,beynim donub büsbütün.Nəsə ağlıma gəlsə də,xərcləməyə ayrı şey yoxdur.Eyni şeylər.Yemək pulunu kəsmişəm.Buna dəyir amma,ən yaxşısıdır çünki o.Həm də xəyallarımdakına uyğundur.Bütün pulumu içkilərə,siqaretəvə ona xərcləmişəm.Artıq qalanına da düşüb hər gün küçənin axırındakı peraşki satılan yerdə xərcləyirəm.Gündə 3 dəfə peraşki ya da sosika və ya yumurta.Gündə üç dəfə,hər gün.Arabir “fast-food”bəlkə,amma o da çətin.Çünki bahadı.Çünki ətir də alıram.Artıq ona və özümə sifariş verdiyim kəfən gəldi dünən.Üstü zərlisindən.Bu dəfə dəqiqdir,hər şeyi düşünmüşəm.Alınmalıdır.Həftə sonunu gözləyirəm.Bolca “jack daniel`s”,saysız marlborolar.Hər tüstünün hədəfi bədəni,sinəsi,saçları,göbəyi.Ə​tir Coco Chanel-dir.Markalı ölüm olacaq bu.Həmişə bunu arzulamışam,hamı məndən danışacaq.Jack daniles bitəcək,qırmızı şərablar açılacaq.İkimizə bir qədəhdən içəcəyik və onu məhv edəcəm.Onun bədənində intihar edəcəm həftənin sonu.Hər təkanda bir qurtum,bir qullab,bir damcı,bir not.İllegal ölüm,illegal sex,illegal intihar ya da illegal nirvana.Sonra onu özümə sıxacam,sinəmə tərəf.Viskini dağıdacam və bircə qığılcım....
İlahi!Adrenalin,endorfin sərhəd tanımır,tanımayacaq.Buna hardcore sex və ya snuff sex deyənlər olacaq,əminəm.Fərqi yoxdur,sonu ölüm olsun.Son boşalma,son orgam,son nəfəs.Gözəl səslənir.Ölüm üçün ağır jazzdan başqa musiqi gəlmir ağlıma.Çox qorxuncdur.Hər şey,hər şey çox qorxunc.

0 rəy:

Отправить комментарий