SlideShow

0

Ağ-qara

Bu bayaq içdiyim dərmanın təsiridi yəqin ki,
Bəlkə hə,bəlkə yox,nə bilim.
Bilmirəm,bəzən bilmək istəmirəm heç nə.
Atam utanır məndən,davranır yad kimi mənimlə küçədə.
Məndən həmişə bir addım öndə,çata bilmirəm ona,
Görəsən niyə belə oldu ki,səhvi buraxmışam axı mən harda?
Yazacam bir gün iri bir məktub,
Özümə yığacam balaca çanta.
Hər şeyi bir dəfəlik undub,
Uzaqlaşacam buralardan-üzü oralara doğru.
Oralarda buralardakı kimi olmayacaq,bundan əminəm
Oralar başqa cürdür,ən azından fərqlənəcək küçələr.
Əslində sevirəm mən hamısını,amma neyləyim ki xasiyətim belədi?!
Hərə bir cür göstərir sevgisini,amma mənim göstərdiklərimə baxmır heç kim.
Aramızdakı sevgi üçbucağının bucaqları kordur,düzəltməyə ordan başlayaq,
Ya da bu üçbucağı pozaq,çəkək yenisini.
Məndə yoxdu,sizdə varmı görəsən bir karandaş,bir də pozan?!
Bir də rəng gətirin,sevginin rəngini,
Ki şəkil rəngli alınsın,sevgimiz olsun al-əlvan,
Rəng özümüz idik,işlənmədik solduq və
Hər şey oldu ağ-qara.

0 rəy:

Отправить комментарий