Sən psixoloji problemin nə olduğunu bilirsən?Səni sikən birinin səni atdığı zaman keçirtdiyin hisslər yox.Onlar psixoloji problem deyil,onlar öz axmaqlığının səhvləridir.Heç nə bilmirsən,danışma.
Mən burda ölümün gözünə baxmaqdan danışıram,hər hansı popstarın yox.Mən küçədəki soyuq səkilərin üstündə boğulmaqdan danışıram.Komfort mebellə döşənmiş isti ev otağının küncündən yox.Dolanışıq üçün alınan borc pullardan və heç dəyişilməyən geyimlərdən danışıram mən.Əynindəki şatafatlı geyimlərdən ya da mcdonalds`da yediniyn biq mak`lardan yox.Hər an ölə bilər.Mən gecələr qapıda əzraili gözləməkdən danışıram.
Son həftələr,son aylar və xüsusən də son il.Heç uğurlu sayılmadı mənim üçün.Yeni ilə necə girərsən elə də keçər ilin deyə bir deyim var e,o düzdür bax.Yeni ili koma qapısı ağzında keçirtdim.İndi də onun kimi bir şey təkrarlanır.Hər gecə ölənə qədər içən biri var evdə.Yorulub artıq o.Zarafat deyil.18 yaşda evdən çıxmaq və o vaxtkı SSSR ərazisini,postsovet məkanını dolanaraq yeni bir həyat qurmaq.Konsert salonlarında alqışlara öyrəşən birinin Bakıya gəlib podval evdə kirayə qalmağa nə qədər səbri çatar?Şübhəsiz ki o gedən kimi konsert salonuna getməmişdi,amma yüksələ bilmişdi o zirvələrə doğru.İlk gəldiyi günlərdə sənətini,musiqisini el məclislərinə satmaq ağır gəlirdi.Amma onu da bacardı,həm də çox qısa müddətdə.Yaşamaq məcburiyyətində idi çünki,geriyə yolu yox idi.Evə qayıda bilməzdi və həyat yoldaşı ilə bir uşağı küçədə qalmışdı.Bakını fəth elədi və yenə bacardı.Uğur çox nazlıdı.Fahişə kimidir uğur,göstərir və vermir.İlk dünyaya gəldiyi qızı bu gün şizofrenika və əqli çatışmazlıqdan əziyyət çəkir.Həyat yoldaşını saçına görə sevmişdi bəlkə də ən çox,amma indi əsər-əlamət yoxdur o saçlardan.
İndi həmin adam günlük yaşamını qura bilmir.Qəribədir,həm də çox.
Hər şey çox çətinləşir gündən-günə və bunun qarşısını almaq üçün əllərimiz çatışmır.Birlikdə deyil bu səfər güc,puldadır.Borc başını alıb gedir və evi də toz basır.
Bu nağıl deyil,reallıqdır təəssüf ki.Dünya sonuna hazırlaşır bu aralar.Bu hekayədəki adamlar isə bircə xoş günə hazırlaşırlar.Dəridən qabıqdan çıxırlar.Hə bir də,çətin olsa da o hekayədəkiləri tanıyıram deyəsən.
SlideShow
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 rəy:
Отправить комментарий