
İki dodağının arasında dilini fırladaraq,əlindəki viski ilə məni içəri dəvət elədi.
“ölməmişdin bəs sən?”dedi və ardından qəhqəhə çəkdi əllərini əllərinə vuraraq.
“yox,ölə bilmədim.alınmadı yenə.”dedim mən də,səsim qırıq çıxırdı.
“burda yeni mal var”dedi və qabağıma hardasa 10 qramlıq mal tulladı və vaxt itirmədən qabağımdakı masaya əyləşdi.Həyatımda ilk dəfə idi ki,barmaqların bu qədər həvəsli iş gördüyünü görürdüm.Malı baş barmağının sümük uzantısındakı çuxur bölgəyə boşaltdıqdan sonra,eyni sürətlə vaxt itirmədən burnuna çəkdi.Burnundan isə ikinci nəfəslə beyninə çəkdi.Onu izləmək mənim xoşuma gəlir,amma mənim da əllərim və burnum səbirsizdir.Mənim də beynim uçmaq üçün səbirsizlənir.Onun üçün nə qədər darıxdığımı hələ indi hiss edirəm və bu həsrəti uzatmaq niyyətim də yoxdur.Ardından ciyərlərim anidən şişir və ikimiz də eyni vaxtda siqaretimizi yandırırıq.Onun siqareti daha yaxşı kimi,amma vecimə də deyil bu.Qarşımda oturub siqaretini yandırarkən,ayağını ayağının üstünə aşırdır və alt paltarı görünür indi.Fikir verməməyə çalışıram,ürəyim bulanır.Hər şeydən bulandığı kimi və bu iyrəncliyə kölə olduğumu da bilirəm.Bir azdan orgazma çatmaq istəyəcək və yenə də,nəysə.Bu lənətə gəlmiş maddələr,siqaret və viskilər.Dağınıqlarla dolu otağın hər küncündə bir işlənmiş prezervativ tapmaq olar.Otaq bomboşdur.Yalnızca indi ətrafında əyləşdiyimiz masa və bizdən arxadakı divarda,divara yapışdırılmış kimi görünən 120 ekran televizor.Önümüzdəki divarda isə yenə eyni üsulla,divarın içinə geydirilən iri tape.
“itim öldü”dedi bir az kədərlənərək.
“hm,pis oldum.nə vaxt öldü?”dedim.
“nə vaxt ölməyinin bir fərqi var ki,öldü də əvvəl-axır”
“bildiyin halda bəzən,bəzən gözlədiyin halda,hətta əmin olduğun halda,yenə də çətin gəlir bəzən,yəni bəzən...bir az viski ver”
Masadan qalxıb yeni şüşə gətirir.Sonra sərt zərbə ilə masanın kənarına vurur və masa fırlanır ətrafımızda.Yarımçıq şüşə o tərəfə,dolu şüşə isə mən tərəfə düşür.
“itimin adı yadındadı?”
“yox”dedim və həmin zaman əlimdəki şüşəni qapağını açmaqla məşğul idim.
“mənim də yadıma gəlmir”dedi və deyəsən ağlamağa başladı,gözü dolantəhər idi.
“məncə üzülməyinə dəyməz,sənin də adın unudulacaq,həm də yaşadığın halda”
“hıh,əgər buna yaşamaq demək olarsa...”
“ölmək bu deyil,bundan əminəm və əgər ölü deyilsənsə yaşayırsan...ya da varsan,bu zibilə qalmış həyatın içində varlığın anlamsız da olsa,varsan.xörəyə duz atmaq kimi bir şeydir sağ qalıb həyatın içində qalmaq.amma yaşamaq..bəzən ac yatmaq kimidir yaşamaq.”
“yaşamaq mastrubasiya eləmək,kimləsə sikişmək,içmək,sıçmaq deyil.İlan dərisi çanta ilə Eyfel qülləsinin ətrafında burcutmaq deyil yaşamaq.yaşamaq mübarizə aparmaqdır.ölümlə döyüşmək,amma öldürməmək.yaşamaq ölməməkdir.bu qədər bəsitdir hər şey.”
Anidən ayağa qalxdı,göz bəbəkləri işıqdan balacalaşmış kimi görünürdü.Köynəyinin düymələrini açdı,büqsqalteri,bürünc rəngli bədənində fırça zərbəsi kimi idi.
Qucağıma oturdu və hər zamankı tryuku eləməyə başladı.Boynum sapsağlam idi,eynilə yaşamaq kimi.Foye qara,yataq qırmızı,divarlar boz,dodaqlar mavi,seks soyuq və yaşıl dadında.sevgi ilıq.Və həyatın bizi məhkumluğa sürüklədiyi tənhalıq,doğulum evindən morqa qədər aldığımız tək nəfəs kimi.
“Onun üçün darıxırsan?”
“Sənin o adını belə bilmədiyin it üçün darıxdığın qədər”
“Bəs o sənin üçün darıxır?”
“O itin sənin üçün darıxdığı qədər.”
Siqareti əlimizdə fırladırdıq o arada.Beynimin dumanları dağılır yavaş-yavaş və mən də qaçmaq üçün bir deşik axtarıram.Lütdür,döşləri açıqdadır və mənim ayaqlarım onun göbəyinin üstündədir.İri bir yataqda düz bucaq əmələ gətirib bədənlərimiz və 90 dərəcəlik bir bucaq kimi qucaqlaşmışıq.
“Səndən bir şey xahiş etsəm,əgər.”deyir və səsi titrəyir.səsi elə titrəyir ki,ruhumda sağlam olan bütün binalar yıxılır sırayla.
“hə,əl-bət-tə...”dedim və səs tellərimin titrəməsi mənə bir şeyi aydınlaşdırır yalnız.qiyamət qapıdadır və bir azdan qapını döyəcək.
“mən özümü öldürə bilmərəm”dedi və ardından da “və sən də sabah öləcəksən.”
“ölmək yaşaya bilməməkdir,ölmək nəfəs ala bilməmək deyil”
“anan üçün darıxırsan,bilirəm.Və əslində mənim heç vaxt itim olmayıb.”
Sonra əlini yatağın baş ucundakı siyirtməyə uzatdı və silah çıxartdı siyirtməni açıb.silah ən az günəş qədər soyuq idi,ətim qədər də isti.
“mən özümü öldürə bilmirəm”dedi.
“məni son dəfə öp”dedim.iki yalnız insanın cəhənnəmiydi o yataq və artıq çevriliş vaxtı gəlmişdi.bütün insanlığı xilas edəcəkdiki.bəşəriyyət üçün iki insan məhv olacaqdı və bəşəriyyət xilas olacaqdı.nəm dodaqlarıma yapışdı dodaqları.möhkəm qucaqlaşdıq,lüt bədənlərimiz bir-birinə çox möhkəm sarılmışdı.sağ əlimi araladım o sırada və mən də silah götürdüm əlimə.ikimiz də eyni vaxtda vurduq bir-birimizi.
Öpüşdük,ölüşdük.
0 rəy:
Отправить комментарий