
“Nolub sənə,əvvəlki nəşən itib,bikefsən.Nolub?”deyə sual verdi.Siqaretinin tüstüsünü üstümə üfürərək.Ayağını ayağının üstünə atdı.Tüstü kitabımın üst hissəsini öz cəngi altına almışdı.
Səhifədə yazılanları bulanıq görməyə başladım.
Mənə sual verən üzə baxdım.Niyə ona həmsöhbət olmadığımı bildirən,əsəbi bir sima sezdim,qarşıdakı üzdən.Üzümü bir az qorxmuş,bir az da utancq şəkildə aşağı saldım.Kitabımı oxumağa davam elədim.
Sonra anidən sualı da,sualı verəni də yadımdan çıxartdım.Kitab məni yenə aparmışdı,hər zaman getmək istədiyim yerlərə.Kitab məni roman yazmaq istəyimdən döndərmişdi.Çünki mən də yazsam eynisini yazacaqdım,nöqtəsinə qədər eynisini.
Yenidən qarşımdakı üz və həmin üzü verdiyi sual gəldi ağlıma.Üzümü qaldırmadan cavab verdim ona.Və onun verdiyi cavabı gözlədim.Gəlmədi cavab.Dodağından heç nə süzülmədi,heç bir hərf.Əlifba yox oldu anidən.Başımı qaldırdım və nə sual var idi,nə də sualı verən üz.
Sonra aynanı qabağımdan götürdüm və başqa tərəfə qoydum.Oxumağa davam elədim.
0 rəy:
Отправить комментарий