Mən qəfəsəm,
İçim dolu xəstə-xüstə,nəsli kəsilmişlərlə,
İçimdə 3 meymun:susuram,görmürəm nə də ki,eşitmirəm.
Arzularımı yazıram “Qırmızı kitab”a ki,onlara əl dəyməsinlər.
Yemə möhtacı var içimdəki hər heyvanın,
Bir az sevgi,bir az nəvaziş,bir az qayğı atın.
Amma aralı dayanın!
İçimdəki itlər quduz,ağızlarından tənhalıq qoxur!
Sevgini içimə atanda,itdən aralı dayan,
Səni tutsa,sənə də tənhalıq keçəcək,
Tənahlıq yoluxucudur.
SlideShow
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 rəy:
Отправить комментарий