SlideShow

0

Xərçəng

Dayanmadan inildəyir hər gün qulağımın dibində,
Hərdən ağlayır və qışqırır ki:”Mən cəhənnəmliyəm!”
Ya da ki:Kimə neynəmişəm axı,kimə dəyib ki pisliyim?!”
O anlar çox qorxuram mən,qəm,kədərim misilsiz.
Çəkidən düşür hər gün qram-qram,
Gözümün qabağında əriyir,mənsə əlibağlı qalmışam!
Çox əclaf hisdi bu,bəlkə dünyadalı ən əclaf,
Və mən də dünyadakı ən əclaf!
Hərdən düşünürəm amma ki,bizdən asılı olmayan şeylər də var axı?!
Ölüm,qədər,zaman və sair və dünya niyə belə yaradılıb ki?!
Saçı tökülür əlinə hər saçını darayanda,
Bu xemoterapiyanın zibilləridi bilirəm-bütün ağrılar,sancılar,ağıza çıxan yaralar!
Nə yuxusudu yuxudur,nə də ki gündüzləri gündüz,
Hər gün yerlə sürünüb göylə əlləşir,qaməti əyilib,yeriyə bilmir düz!
Hərdən elə bezirəm ki Vallah,istəyirəm ki çaxım başına bir-iki güllə!
Sonra yadıma düşür körpəliyim:”İnqə-inqə”,yuxusunu qaçırtdığım gecələr.
Başımı itirmişəm bilmirəm neyniyim,haranın daşını başıma töküm?!
Mən nə qədər ürək-dirsək versəm də,onun sükutu hamısın öldürür.
O gün də düşündüm ki,bəlkə borca-xərcə batıb aparım İzrailə,
Orda ki əlacı var bu zəhrimarın,bəlkə orda düzələr?!
Amma istəmir,deyir ki Azərbaycandan qırağa atmıram addımını,
Ölsəm burda öləcəm,yaşasam da dəyişməyəcəm heç yerə öz torpağımı.
Bu gün bazar günüdür və üstündən keçib bir həftə artıq,
Hər gecəyə:bir kitab,bir kofe və pendirlə çörək ki yuxum qaçsın.
Gecə bir şey olar Allah eləməmiş,ehtiyatlı olmaq lazımdır.
Yadındadı?
Məktəb vaxtı dərs oxumuyanda gündüzlər ,gecələr bunlarla yuxumu qaçırdırdın,
Sonra yazdırırdın,oxutdururdun dərslərimi mənə-beləcə nifrət oyandı məndə yuxuya
Əvəzində sevgim gecəyə yönəldi və vərdiş oldu artıq gecələrdə yazıb,pozmalar.
Nəysə çox dərinə getdim deyəsən,amma şükür ki hələ də oyanmamısan yuxudan,hər şey normaldı
Sən yat ana can,sən yat-mən bir az da yazım sevdiyim bütün qızlara,
Hələ yenə gələcək bilirəm ilham pərilərim,hamısı yoldadı.

0 rəy:

Отправить комментарий