SlideShow

0

:/

Bitirdiyim neçənci sondur,bilmirəm.sayını itirmişəm sonların və başlanğıcların.yolları artıq qarışdırmıram,təkrar getdiyim yollardakı hər şey tanış gəlir mənə.hər səhvim də tanış gəlir.hər rəqib,hər mübarizəm,hər addımım,hər yıxılmam,hər məğlubiyyət tanış gəlir indi.hər tərk ediliş eyni və mənə tanış olan səbəbdən törəyir.hər dəfə də “bu dəfə fərqli olacaq,olmalıdır” dediyim cümlələri xatırlayıram.bir nöqtəyə qədər belə olur amma.amma o nöqtələr də dəyişir hər dəfə.gah əvvəldə,gah ortalarda,gah bitməmiş.hər tapdığım da tanış gəlir,hər itirdiyim də.tanış olmayan yalnız simalardır və zamanın fərqli mövqedən öz işini görməsi.zaman həmişə gözləmədiyim anda yollarımı qırır və başa döndərir.məhv edir hər şeyi və heç vaxt da tapa bilmirəm zamanı.zamanın nəbzini tuta bilmirəm hələ də,amma tanış olan yenə də bir şey var.zamanın məhv edici həmlələri.
hər ağrı,hər ayrılıq,hər yox oluş və hər parçalanmalarım.hər dəfə həyatın verdiyi ipucları məni fərqli yönlərə aparır.bu aparışlar da tanışdır.gözləyirəm.o aparışların birinin dəyişdiyi anı gözləyirəm.onda yəqin məğlub olmayacam.belə hiss edirəm,nədənsə bu hisslər də tanışdır.başda sən də tanış idin,amma tanımadım.mən səni tanıya bilmədim və sən bunun əvəzini ödətdin mənə.
bezmişəm artıq bu tanışlardan.bu yollardan,bu məğlubiyyətlərdən,bu monotonlardan,bu arzularımdan,bu boş ümidlərimdən.boş inanclarımdan.boş olan hər inancın daşdan fərqi məncə yalnız,başa dəydiyi zaman qanı ürəydən çıxartmağıdır.baş partlamır bu daş dəydiyində,bağrın partlayır.gözün yaş gətirmir,gözün sonsuz hüzün gətirir.
uzanıb gedən bu yollarımda bir tanrıça gəzir indilərdə.çürüyən bu tənha bədənin yox oluşuna yaxınlaşdığı hər saniyədə bir tanrıça bədəni yenidən doğulur.sevgi əslində olmayan bir şeydir mənə görə.yəni əslində sevgi yoxdur,sadəcə təkliyin olmadığı müddətlər vardır.qaranlığın olmadığı kimi.qaranlıq yoxdur,işığın olmadığı mühitlər var.yox olmaq,yoxluq deyə bir şey yoxdur,sadəcə varlığın bir anlıq özünü aradan qaldırdığı bir şey var.var olanlar özlərini bir müddət gizlədir sadəcə,bu qədər.

0 rəy:

Отправить комментарий