SlideShow

0

5 ya da 10


Əlvida zamanı,ayrılıq zamanı hər şey dəyişir.bütün prinsiplər itir.qürur ön plana keçir hamıda və bu qaydadan kənara çıxan hələ ki görməmişəm.hər iki tərəf özünü sındırmır,amma içdən qırıq-qırıq olur.
Dodağına yığılıb qalır bütün cümlələr.bacardığın tək şey susmaq olur və baxışlarınla danışmaq.əgər qarşındakı buna fikir verirsə.istər şəhəri tərk et,istər sevgilini,istər ailəni.
əslində bu bir az gülməlidir.
Sevgilini tərk etmək məcburiyyətində olduğun vəziyyəti düşün.hər şey yolundadır,amma gələcək karyeran üçün iş təklifini qəbul edib getməlisən.o səni “başa düşür”.sən də “gələcəy”iniz düşünürsən və başa düşürsən.amma yenə də ortada bir ayrılıq adında bi şey var.
Sən ondan “getmə,qal.mən səni sevirəm ancaq,gələcək vecimə də deyil ! ”deməsini gözləyirsən,o da səndən “mən səni sevirəm,amma getmək məcburiyyətim var.qalmağım üçün bir öpüş və göz yaşını ver mənə.”deməyini. o bilir ki, sənin ən zəif nöqtən onun göz yaşlarıdır.
Sənin qadınların göz yaşına və ağlamağına dözə bilmədiyini bilir o lap yaxşı.və o indi hönkürtüylə ağlamaq üçün nələri verməzdi.o çox sevir,elə sən də.
Amma ikiniz də susursunuz.susrsuz və bütün demək istədikləriniz uçuşa 5-1 dəqiqə qalmış olan vaxta yığılır.və o 5-10 dəqiqə içində bütün kəlimələr növbəsini gözləmədən ağızdan çıxar.qəribədir.ikiniz də bir-birinizdən bu ayrılıq haqqında fikir soruşmuşdunuz,amma əvəzində biriniz gedib soyuducudan içki gətirərək söhbəti dəyişmiş,o biri də siqaretini yandırmaq üçün otaqdan çıxmışdı.
Və hər şey bu 5-10 dəqiqəyə qalmış olan vaxta yığıldı.susduz 10 dəqiqəyə qədər.susduq,susuruq.bəzən baxışlar aciz qalır bir-biriniz anlamağa.bəzən dodaqlar da tərpənir,baxışların aciz qaldıqlarında.və mütləq deyə bir şey də yoxdur həyatda.ölümdən başqa.
1)Son 10 dəqiqədə,şəhərin adı səslənən zaman:ikiniz də eyni anda danışmağa başlayırsız.və bu zaman çox dəxilsiz dialoq alınır ortalıqda:
“-Birinci sən danış,
-Yox sən danış birinci” deyə bir dialoq o 10 dəqiqəni də bitirər.və hər şeyi bitirər.
2) Son 10 dəqiqədə,şəhərin adı səslənən zaman:biri söhbətə başlayar və səni sevirəm getmə,qal.ya da ki ağlayaraq getmə,mənim gələcək vecimə də deyil deyər.və səni gözləmədən öpər.və sən onun növbəti sözünü deməyinə qoymursan.bileti cıraraq ona demək istədiklərini deyirsən.olanlar olu verir ardınca bunun.
qəribədir.biz bəzən susaraq öz xoşbəxtliyimizin üstündən pozulmaz bir xətt çəkirik.ya da hər şeyi susaraq silirik.
Və həyat hər zaman bizə öz səhvlərimizi düzəltmək üçün 5 ya da 10 dəqiqə vaxt vermir.

0 rəy:

Отправить комментарий