SlideShow

0

soyuq yazı


Bu cümlələr çox soyuqdur.bu hərflər,bu sözlər hamısı buz tutb.Bu mətn ümumiyyətlə üşüdür məni.Hər şey məni sənə doğru aparır.Amma sənə çatacaq qədər üstümdə paltarım yoxdur.Sənə aparan yollar buz səhralarından keçir.Sən başdan ayağa buzsan.Qəlbin,damarların,qanın donub,hərəkət etmir.Üz ifadələrin dəyişmir.Soyuqsan.Mən sənsiz isti oluram.Sənsiz tərliyirəm mən.Amma sənlə də üşüyürdüm.Nə bilim.Qəribə sevgidir bir az.Səni yaddan çıxartmaq üçün hər gecə soyuducunu açıq qoyub əllərimi üşüdürəm.səni xatırlamaq üçün.Sən gah qış kimisən,gah da payız.Hərdən qar saçımı ağardır,hərdən yağışın məni isladır.İnsanlar sənin yağışlarında islandığım zaman məni ağlamış kimi zənn edirlər.Sən ağlamadan öncə buludlarını birləşdirisən.Sənin qarından sonra buz tutan hisslərimə günəşi gətirmək çox çətindir.Günəş o biri yarımdalardadır,biz bu birisində.Biz olan yarımadada heç kəs yoxdur.İnsanlar o birisindədir.Biz olan yarımada məni qane eləmirdi,üşüyürdüm.Amma sənə görə ilişmişdim.O gülməyən gözlərinə baxmaq üçün bir ömür orda donmağı gözə almışdım mən.Amma arada ya mən görmədiyim,ya da görmək istəmədiyim bir əskiklik var idi.Bir çatışmamazlıq.Mən sənə görə çox istiydim deyəsən.Sənə qarşındakına baxdığın zaman üşümək istədiyin,səndən də soyuq olan biri lazım idi.Soyuq və isti.Həyat və ölüm kimiydik biz.Mən yaşamaq üçün nə qədər səbəb göstərsəm,sən də o qədər o səbəblərin altını qazıb onları boş çıxarırdın.Və nəhayət ki,istədiyini etdin.Bitirdin.Mənə yazdığın o ayrılıq mesajının hər hərfindən özümü asmaq istəyirdim! İndi sənin bu yazdıqlarımın hərfindən üstünə bir adyal düzəldib bürünmək istəyin kimi.Bilmirəm,bəlkə də belə deyil bu.Amma bu mənimçün təsəllidir.Zamana buraxdım mən hər şeyi.Zaman yaralar və itkiylə barışmağı,onları yaşamağı öyrətdi mənə.
Mən payız və qışı çox sevirəm deyəndə çoxu mənim romantik olduğumu deyir.Elə olduğum haqqda bir fikir deyə bilmərəm,bəlkə də hə,bəlkə də yox.Amma səbəbin bu olmadığına əminəm.Mənə payız və qışı sən sevdirdin,sən öyrətdin üşüməyi payız və qışda.Əslində kənardan boz və ağ,sıxıcı görünən bu fəsillərin nə qədər gözəl olduğunu öyrəndim mən sənlə.
O gün sənin yarımadana yelkən açdım.Mənə çox maraqlı idi ki,görəsən biz birgə üşüdüyümüz o buz parçalarının üstündə indi kimlə birgə eyni adyala bürünübsən deyə.Və marağımı öldürmək üçün bunu etdim.Yolun uzun və çox vaxt aparmağı vecimə də deyildi.Sonunda SƏN var idin.
Sənin payızın,bizim payızımız.Payızını daha çox sevirdim mən qışından.Qışını da payızından.
Sən payızda az da olsa gülürdün.Və hər yağışlarında nəm dodaqlarımız isinirdi.Əllərin də nəm olurdu-mən nəmi sevirəm.Nə yaş,nə də ki, quru.Palçıqlı torpaqdakı xəzana məruz qalan hər yarpaq kimidir sevgi.Anidən ayrılıq yağışı yağar və yarpaq budağından yerə düşər.
Sən yanımda payız bitmək bilmirdi sanki.Hərdən bezirdim qalın kurtka və papağın içinə girməkdən.Amma səninlə görüşdüyüm zaman elə bil lütlənirdim mən.Yüngülləşirdim mən.Elə bil əllərinlə əlimi tutarkən bütün üst başımı bir dəfəyə götürürdün və nəfəsinlə üşüdürdün məni.Qəribə hisslər idi.Hər dəfə bu hissləri yaşayarkən içim səbəbsiz nəşə ilə dolurdu.Bunu adı sevgi idi!Mən sevirdim səni!Amma indi bu qəribə hissləri mənə yaşadan və həmin o qüvvəyə sahib biri yoxdur.İndi o hisslər,o yağış,o nəmlik yoxdur əlimdə.Sakit-sakit gəzirdim,tələsmədən.Palçıqlı torpağın qoxusu xatirələrimə qarışırdı.Sənin payızını yaşaq istəyirəm mən,o çətirlə yağışda islanmaqdan qorxan insanların payızını yox.Bəzi insanlar yağışda gəzərkən nə isə hiss edir,bəziləri isə ancaq islanır.Sən mənə yağışı hiss etməyi öyrətdin.Amma indi boş-boş islnamağa məcburam.Sən üfüqdə yox olan yad gəmi tək getdikcə məndən uzaqlaşdın..
Səbirsizlənirdim mən.Addımlarımı möhkəmləndirdim.Saənin yarımadana çatmağıma az qalıb artıq.Bu qış sənsiz qapqaradı mənim üçün.Elə bil qarlar əvvəlki kimi ağ deyil.Sən gedəndən sonra,ümumiyyətlə ağları görə bilmirəm mən.Ümumiyyətlə rəngləri itirmişəm.Rəssamı əlində sadəcə bir fırça ilə təsəvvür et.Nə rəng qutusu var nə də ki tablo.İndi eləyəm.
Biz dar dalanlarda divarlara tutnaraq gəzirdik.Qar dar dalanları genişləndirirdi elə bil.Və yol bitdi nəhayət.Aylar sonra sənin üzünü bəyaz budaqların arasından görmək..Əsrarəngiz,zərif,incə üzünü bu bəyazlaşmış budaqların arasından görmək..Axşam günəşinin qızıl şəgəqləri içində bir müddət qaldım.Və bu ətrafın işıqda xəfifcə qırmızımtıl rəngə,turunc rənginə əməlli başlı üşüyənə qədər baxdım.Tək idin.Buna,səni tək görməyimə sevinmədim desəm yalan olar.Hələ də sənlə birgə üşümək ümidi oyandı içimdə.
Sənin üçün iki fəsil var idi ancaq:Qış və Payız.Səndən sonra elə mənim üçün də bu 2i qaldı.Amma arada bir sənlə günəşi seyr edərdik.Sənə gözlərini qırpmadan günəşə,mən də gözlərimi qırpmadan sənə baxardım.Sonra mənə baxıb gülərdin bir az.Sənin günəşlə rəqsə tutşan kipriylərin..
Amma indi heç biri yoxdu.Nə günəş var,nə də sənin kipriylərin,gözlərin.Səndən sonra bu hissləri nə yaşamışam,nə də yaşamaq istəmişəm.İstəsəm də alınmayıb,həmişə bir şeylər çatmıyıb.O çatmıyan sənsən.
İndi tək hiss etdiyim sənsiz üşüməkdir.Sənsiz üşüyə bilmirəm mən,çox çətindir.Yox olmaq istirəm.Buz kimi gecələrdə tənha otaqlarda yanan ocağın küləyə qarışan hər zərrəsi kimi yoxa çıxmağı arzulayıram indi ancaq...
Gəl artıq bəsdir,gəl bir yerdə üşüyək.Ya da imkan ver mən gəlim sənin yarımadana.

0 rəy:

Отправить комментарий