SlideShow
0
7dən sonra [ithaf]
Hər şey o yazıdan sonra başladı.Daha doğrusu onla dostluqdan sonra.film kimi oldu hər şey.Bir ssenari sanki.Hər poxdan gün kimi adi gün idi.Bir az vərəqlədim kitabı və kompüteri açdım.onla bir az söhbət etdik.Daha doğrusu 40 dəqiqə zad.Hər şeydən danışdıq.Tam bir dərman kimi gəldi söhbət.”Bəzən tanımadığımız insanlar bizə-bizdən yaxın olur” misalı.O blog adresini mənə verdi,mən də ona.Və o yazıya gələlim.İki-üç gün olar ki yerləşdirmişdim.O günə qədər çox da oxunmurdu blogum.Elə bir niyyətim də yox idi düzü.Elə indi də yoxdu düzü.Və o yazı “6+1”i oxumaqçün linki göndərdim.O yazı niyəsə mənə çox doğma gəlir.7 rəqəminin müqəddəs olduğunu eşitmişdim,amma inanmamışdım.Yeddinci ayda doğulmuşam həm də.Bu yeddinin mənlə bir dərdi var sanırım.qoy olsun.Mən 7imi sevirəm.Və indi daha da doğmadır.Həyatımı dəyişdirən hərflər və cümlələr.Çox səmimi olmuşam o yazıda.Çox bəyəndi və düzü bəyəndiyini bunu deyəndə inanasım gəlmədi.Amma daha sonra paylaşdı.Şokdaydım düzü.Bir zibilə yaradığımı düşündüm.Axşam yenə də kompüteri yandırdım.Və o artıq qonaq gəlmişdi həyatıma artıq.Kimliyini bilmirdim ona görə də yazdım ki kimsən deyə.Və göndərdiyi cavab məni necə deyərlər etkilədi.Yazışmağa başladıq.İkinci tanımadığım insan doğma oldu o gün.O tarix yadımdan çıxıb,amma sevirəm o günü.profilindəki rəsim qız rəsmi idi.Və axtardığmın O olduğunu düşündüm.Amma maydanozluk bu!O hərəkətimə görə özümdən həm iyrənirəm,həm də bəzən özümü qınamıram.Çünki mənim yerimdə mənim halımda kim olsa bunu edərdi.Səhərdən etibarən sıx-sıx yazışmağa başladıq.Hər cümləsi məni ayıldırdı və işığı göstərirdi.Çox fərqli bir tip o.Və hər insanın bir Tyler-i olmalıdır deyilirdi,amma inanmırdım.Mənim Tylerim o olmalıdır.Adı lap Con olsun.Əsas odur ki, onu tapdım.Və dəyişirəm.Rəndələnirəm.Bu yaxşı şeydir.Bəzən çox sərt ifadələrlə,bəzənsə ruha oxşayacaq cümlələrlə özümü mənə xatırladır.Və özümün necə biri olmalı olduğumdan xəbərdar edən biridir O.bura qədər bunlar olub.bundan sonra nə olacağını bilmirəm.Amma nə olarsa olsun yəni.bura kimi yaxşılığa doğru dəyişmə olubsa bundan sonra da elə olar da.Olmazsa da pisliyə doğru olacaq və yaxşının nə olduğunu anlayacam.Sözün qısası sakitcə başıma gələn hər hadisəni əlimə götürüb həzm edirəm.Bu çox şəxsi yazıdır.Sadəcə öz blogumda paylaşmağı özümə borc bildim.Bunu yazmağı o istəmədi.Nəysə.bitdi bu yazı burda.son.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 rəy:
Отправить комментарий