
“Bir çift sözüm var” Dan-dan! “Sevgilini öldürdüm bu gün!” Dan-dan! “Ölü ya,ilgilendirmez beni gerisi!” Dan-dan! “Tatlı,güzel ölüm,işte bekliyorum nefesini,tatlı bir ölüm,son bir okşayış.”
Bu şarkıyı dinlerken bir düşünce yerleşti zihnime:Yaşıyordum.Hala yaşıyorum.saçları bok gibi olan dostum Mike Madden hala yaşıyor.Azgın sivilceleri ve boktan arabası olan Larry ,hatta eddie denen çocuk.Hepimiz yaşıyorduk.Tarif edilmez bir neşeyle doldu içim.yürekten haykırmak istiyordum.:Biz hala yaşıyoruz,dünya dönüyor ve hepimiz şarkılar söylemeliyiz!
İşte,Dorie beni terk ettikten bir hafta sonra böyle ruh hali içindeydim.
Bu kitabdan bir alıntıdır.Xoşuma gəldi və yazdım.Özümə uyğun olan bir hissə.Tam o vəziyyətdəyəm.İşte,O məni tərk etdikdən sonra belə bir vəziyyətdəydim.Aramızda o qədər də güclü bir münasibət yaşanmamışdı,amma mən bağlanmışdım.Onu xəyallarımdakı o olmağa inandırmışdım özümü.Bəli,günah məndədir.Tez qapıldım,tez bağlandım və tez də bitdi.Derler ya,saman yandı və tez də söndü.O misal oldu hər şey.Bir anda sevdim,sevdi,bitdi.O dəyişmək istəmirdi,mən də onu dəyişdirmək istəyirdim.
Anam evdən çıxmışdı.böyük bacımla bir yerdə.Mən və atam və kiçik bacım qalırdıq bir yerdə.Balaca bacım bütün günü qonşuda oynuyurdu.Yemək vaxtı evə gəlirdi ancaq.Arabir onlarda qalırdı.Atam hər gün içirdi və leş olub yatırdı.Bu itki bizə çox ağır başa gəldi.Artıq öz başımızın çarəsinə özümüz baxmalıydıq.Mən heç olmadığım qədər kədərliydim o anlarda.Və ağlamırdım niyəsə.Çox təəssüf ki kədərlərim elə böyükdür ki və elə dərin yaralarım var ki,göz yaşlarım onlara çata bilmir.
Hissiyatımı itirməyim çox vaxt aparmadı.Bir həftə çətin oldu cəmi.Hər gecə ağlamaqlar,hıçqırıqlar,mahnıyla pıçıldaşmalar və arabir mesajlara göz gəzdirmək.Sonra öyrəşdim.Və yaşamağıma davam elədim.Hər gün ölərək yaşadım o bir həftədə..İnsan çox qəribə olur ölə-ölə yaşayanda.Sonra siqareti artırdım.İçki onsuz ki qadağan olunmuşdu mənə.Əlimdən gələn yazmaq və çəkmək idi.Feysbuka az girirdim.Yeni iş tapmaq lazım idi.Sonra da yeni ev.Rədd olmalıydım bu xarabadan.Hər gün atamın danlaqları və şillələri altında altında yaşamaqdansa ayrı bir yerdə acından ölməyi üstün tutdum..Axtarışa başladım və vaxt da bitirdi.artıq 4 gün qalmışdı.Hə,mənim ölümümə 4 gün qalmışdı.Bilmirdim ölüm tarixmi yox,sadəcə işlər elə gətirəcəkdi ki,atam məni öldürəcəkdi və sonra da özünü.İntihar edəcəkdi.8ci mərtəbədən özünü ataraq.ağlıma da gətirməzdim ki,belə olacaq sonum.Mən bu cür ucuz ölümə layiq deyildim.atam da bu cür övlada layiq deyildi.Anlayacağınız rejimimiz təmiz pozulmuşdu.
Sonra da həyatımız təmiz sıradan çıxdı.Hamı yas günü balaca bacımın başında hərlənirdi.Sağa sola qaçıb,əllərində min cür oyuncaqla güldürməyə cəhd edirdilər.O heç nə anlamırdı amma.Gördüyü uzun iri qutunu gəzdirənlər,içində nə oyuncağının olmağı və başı əmmaməli,saqqalı dayının nə oxuduğuydu onu maraqlandıran.O buna layiq deyildi.O hələ bilmirdi ki, Tanrı onu lənətləyib.Və o hələ bilmirdi ki,onu indi qucaqlarına alan qonşular illər sonra onu bu məhlə-bacaya girməyə qoymayacaqdılar.Onu daşa tutacaqdılar.
Hər şey çox qarışdı birdən-birə onun həyatında.Yas süfrələrində edilən söhbətlər məzardakı mən və atamın əti sümüyündən ayrılandan sonra yaddan çıxdı bir-bir.Heç kim əml etmədi verdiyi sözlərə.Anam və böyük bacımın ölümündən bir il keçməmiş baş vermişdi bu iki itki.Ailə deyə bir şey yoxuydu artıq onun gözündə.Yadında qalan ibr epizod da yox idi ailəsiylə bağlı.Nə də ki,çəkilmiş bir şəkil.Əslində bizim nəsil sonuncu idi.O da sonuncu sakin.Bu yer üzündəki ən sonuncu sakin.Bizim babalarımız 21ci əsrin müasirlərindən sayılb.Ulu babamız istisna.Amma ulu babamızın oğlu çox müasir və çox üsyankar olub.Vaxtında çox qınanıb amma.Heyif,qədrini öləndən sonra bildilər.Biz onun qanından gəlmişik deyə biz də,atalarımız da analarımız da üsyankar olub.Nənəmiz də qınanıb vaxtında babamla evlənərkən.Onlar çox qəribə tanış olublar.
Hər ikisi intihar etmək üçün bir gecə eyni damı seçiblərmiş.Şəhər kənarındakı yarımçıq tikilmiş bir binanın damında.Birinci babm intihar etməyə vəh edib.Mənzil başına birinci o varıb yəni.Daha sonra aşağı mərtəbələrdən bir səs gəlib.Nənəm olubmuş o.Pivə şüşəsini əlindən yerə salıb qırıbmış.Səs fikir vermək istəmiyib babam.bir addım da qabağa gedib.Və elə o anda ikinci bir səs.Yerə yıxılan adamın səsi.bu səfər o ölümdən əvvəl bir yaxşılıq eləmək qərarına gəlibmiş.Uzun sözün qıası gedib görüb ki bir dənə qız.Ona kömək edib,qız da leş kimi içkili olub.Və birtəhər vəziyyəti normala qaytardıqdan sonra deyib ki,mən gedirəm sən də özünə yaxşı bax.Qız deyib ki,hara o da deyib ki,intihar eləməy.Bura ona görə gəlmişəm.Gülüb babama.Bir müddət sonra məlum olub ki,hər iksi bura intihar etməyə gəliblərmiş.Və hər iksi bir az da söhbətləşək elə ölək deyiblər.Və danışıblar həmin gecəni səhərə qədər.Bir almanın yarısı kimi idi onlar.Belə bir anormalik tanışlıq əsnasında evləniblər.
Qısası bizim nəsil dünyanın ən sonuncu nəslidir.Və mən də ən sonuncu sakiniyəm dünyanın.Hıh..Dünyanın sonuncu sakininin fahişə olacağı bəlkə heç Allahın da ağlına gəlməzdi.Bəlkə də bilir o,nə bilim.Çox da dərinə getmirəm.Və bütün bu milyon,milyard illər ərzində dünyadakı ən sonuncu münasibət bir padre və bir fahişə arasında olacağı da qəribədir.Elə padre ki,ömrü boyu dualarla Allahı görmək ümidi ilə yaşayıb və bu ümidi xəstəlik halına gətirib onu.Görünür Allahın bezdiyi bir bəndə olub ki,sonunu bu cür ucuz edib.o padre ömrü boyu kitablara sığınan və kənarda lüt insan olsa belə ona baxmayan biri olub.Amma bu fahişə(mən) onu yoldan çıxardıb.daha doğrusu padre azıb bunu görəndə.Hər şey çox qarışıqdır əşi.Bir sözlə dünya çox qəribə və ədalətsizdir.Sonuncu sakini fahişə olacaq qədər ədalətsizdir dünya.Padre ilə fahişə arasındakı seks qədər ucuzdur dünya...
Bir mastrubasiya qədər iyrənc,gərəkli şeydir dünya!
0 rəy:
Отправить комментарий