
Zənnimə görə artıq öyrəşirəm.Hər şeyə.Ətrafımda baş verən hər hadisə artıq adi gəlir mənə.8 gün keçib artıq.Əvvəl əvvəl çox çətin gəlirdi,amma indi hissiyatım ölüb təmiz.Robot olmuşam elə bil.Əvvəl əvvəl hər saatbaşı telefona baxardım,bir mesaj görmək ya da bir iki buraxılmış zəng görmək ümidi ilə.Üstündən bir az da keçmiş facebook-a girərdim.Bir ismarışını görrmək ümidi ilə.Amma dondurulduğun ismarışlarda adının silindiyini görəndə yadıma gəlir.Artıq gecələr sənin mesajlarınla səni hiss etmirəm.Əvvəlki ruh halıma dönmüşəm təkrar.Sən gedəndən sonra elə bil əlinlə içimdən nələrisə götürdün getdin.Boşluq yerləşdirdin içimə.Qəribə bir hiss bürüyüb içimi.Bu nə kədərdir,nə sevinc,nə də peşmançılıq.nə də ayrılıq acısı var içimdə.Ayrılmamışıq ki,onsuz.Sadəcə vaxt istədin düşünməyin üçün.Beynim qarışıb dedin.Lənətə gəlsin!Beynin hər şeyin gözəl getdiyi halda niyə qarışsın ki başa düşmürəm!
Amma mən ayrılmasaq da ayrılığa öyrəşmişəm.İçmədən sərxoşam hər gecə.Və yalnızca musiqi.Artıq ayrılıq ya da təkliyi anladan,təkliyə ithaf olunan musiqiləri silmişəm playlist-imdən.
Son günlər daha çox reggae dinləyirəm.Bu tərz adamı rahatladır.Hər şeyi unudursan.Xüsusilə də oxuyan əgər Bob Marleydirsə!
1)Bob Marley-No woman,no cry. 4)Bob Marley-Bad boys
2)Bob Marley-One Love 5)Bob Marley-Colud you be loved
3)Bob Marley-is this love
Ən çox da bu 5 treki dinləyirəm.Sakitləşdirici notlarlar bol olan oxunduğu zaman insanı qəribə bir emosiyalarla,hisslərlə dolduran Jazz!Drummlar,Basslar,pianino,saksafon və gitara..
Punk rock çox azlıq təşkil edir,amma green day,avril lavigne kimilər durur hələ də siyahıda.Bir də ki,bluz.
Günlərini sayan əsgər kimi gözləyirəm səni.3 demişdin 8ə uzanıb.həftələrə uzanır artıq.zaman vaxt uzandıqca sənin qalıqlarını içimdən qoparır yavaş-yavaş.Hani derler ya,zaman hər şeyin dərmanıdır deyə.
Telefonu söndürmüşəm və özümü yalnızca kitaba qapamışam.Bacardıqca çox oxumaq istəyirəm.Ordakı obrazların içində öz halıma düşən birini axtarıb,onla söhbətləşmək.Və onun sonluğu ilə öz sonluğumu müqayisə etmək üçün.Bu bəlkə də boş təsəllidir.
Arabir komüteri yandırb,sadaladıqlarım treklərlə ovuduram özümü.Bir də yadıma düşmüşkən bayaq 31 çəkdim.Kişilər ümumiyyətlə təkləşəndə acizliklərindən çarəni ya seksdə,ya da 31-də görürlər.Bu iyrənc görünə bilər,amma qadınların səbəbsiz gedişi də sözə sığmaz,tərif etməsi çox çətin olan və mümkün olmayan bir acımasızlıqdır.Dinsizin öhdəsindən imansız gələr misalı.
Və ardından da soyuq duş qəbul elədim indicə...Soyuq su soyumayan hisslərimi soyudur sanki..Səni yuyur beynimdən və ürəyimdən sanki...
0 rəy:
Отправить комментарий