
Bunca pisliyin ortasında hərdən yaxşılar da olur.monotona düşən bunca adamın içində hərdən pedalları fırlatmayan birilərini görürsən.hərdən qəfəsin içində olduğun halda çöldə dolaşan insanları görürsən.və qaçasın gəlir.dönüb baxırsan və bütün bir ətrafının qəfəslərə necə aşiq olduğunu görürsən.Lənətə gəlsin!hər şey özümüzdən asılıdı.yox,hər şey özümdən asılıdı və deyəsən alınır.amma hələ də nəsə çatmır.inkişaf var.3 il əvvəlki malla indiki insan arasında fərq var.Mən Tanrıya inanıram,Tanrı da mənə!Biz bir-birimiz çox yaxşı başa düşürük və o hər şeyi məni sevdiyi üçün edir.Alnıma yazılanlar da,qədər də hər şeyə də inanıram.Özümə də inanıram!Tanrı mənim bunları yaşamağımı istəyir və yaşayıram da!Heç nə və heç kəs bunları əngəlləyə bilməz.bir az da artırmaq lazımdır.mən artıq zamanı buraxmışam.oturub o pisliyin əqrəblərini fırlatmağını gözləyəcək deyiləm.Mən nisbiyəm.Mənim bir vaxtım və missiyam var.Və bu vaxt ərzində missiyamı eləməliyəm.nəysə.indi çox gözəl günlər yaşayıram tək bildiyim.ətrafım,dostlarım,yeni tanışlarım,yeni dostlarım.hərdən öyrəşmək çətin olur,amma vecimə almıram orasını.bu gün çox gözəl gündür.yaşadığım lənətə olası həyatın hər gününü belə yaşamaqdır məqsədimdir! Otur və düşün.Həyatını məhlənin çayxanasında və valideynlərinin dizinin qucağında mı yaşaq istəyirsən yoxsa belində kiçik bel çantası ilə haralardasa yaşamaq.Heç bir məsuliyyət borcluluq,öhdəlik olmadan..Azadcasına.hürr nəfəs alarcasına.Dəyişməyi dərd edirsənsə dəyişmək çox rahatdır.Şəxsən bu mənə belə gəlir.Mən hələ tam azad olmamışam.Bəzi şeyləri bəzi vaxtlar zamana buraxmaq lazımdır.Və Tanrıya.
Tanrı əslində dürüstdür bizə qarşı.Sadəcə lənət olası kor gözlərini aç və gör.Bilmirəm niyə bunları yazıram,amma hərdən içimə dolan müsbət enerjini boşaltmaq üçün.içimdən qışıqırmağım gəlir.Amma bunca müsbət enerjini,hissləri və sevinci bərbad etmək olmaz!bir qışqırıqla hər şey itir.mən itirmək istəmirəm artıq,mən qazanmaq istəyirəm.Haqqım olanı istəyirəm artıq.mən nyaşamaq istəyirəm,mən o hissləri doya doya yaşamaq istəyirəm.bunlar azdır,doymuram bir az da ver.Gətir,cibimdə yer var doldur dibinə qədər.
İnsanlar çox qəribədir,içi mən qarışıq.Həmişə bir şeylərin yaxşı olmağını istəyirəm və olmadığında da Tanrını pisləyirəm,onda günah axtarıram.Amma indi isə razıyam.Sanki Tanrının mənə borcu varmış kimi.Bu qədər şey edib,daha nə etsin zibil pislik də deyirəm.Bu qədər sərhəd məftili qırdım.arxası da gələcək,əminəm gəlməlidir də.bu yazdıqlarımı oxuyub özünə bir şeylər götürməyi düşünmə.bunları özümçün yazdım.sadəcə boşaldım.Günlük.elektron günlük kimi bir şey.yeni xoş gündə,xoş duyğularla və müsbət enerjiylə görüşmək ümidi ilə.səni tanımıram,amma sevirəm.yanında duranı da.bunu oxuyarkən sənə sms yazanı da.başının üstündə duranları da.Hər kəsi sevirəm.Mən sevəcəm və sevgim artacaq.Sənin də artacaq.Ətrafa nə verərsən o da sənə gəlir.Sistem belədir lənətə gəlsin!Nəyi gözləyirsən ki bundan artıq.İstifadə qaydası ortadadır həyatın,yaşa həyatını....
0 rəy:
Отправить комментарий