SlideShow

0

bir adamdan daha ötə

Yeni bir gün başlatdım indidən bu yana.eynilə dünənlərdə başlatdığım kimi.heç nəyin heç nədən fərqlənib edəcəyi yoxdur!
Yenə ağzım it kimi qoxur,üstüm yenə iyrənc qoxur,yer qusuntularla doludur..ay..lənət olasun!ayağımı yandırdı nəsə..bu nədi belə?!ıy...siqaret yandırıb yenə zibilə qalmış..ayağımın altına necə gəlib e görən?!bilmirəm,dünən çox içmişdim yenə.
sənə də elə demişdim hə?!daha içməyəcəm,daha çəkməyəcəm və deyəsən demişdim ki uzun müddətdir içmirəm və çəkmirəm.sənə neçə gün demişdim? 10? hə elədir elə.10 demişdim sənə.
Boş ver hamısını boş ver getsin..hər şey boşdu həyatda-bunu deyirəm,amma bəzən səndən də məsuliyyətli qoyun oluram mən bu lənətə gələsi kainatda! her şey çok qarip ya amına koyum!
iIllərdir tanıdığım dostlarım ətrafımda mumya kimidrlər.hər şey çox soyuqdur ağa,üşüyürəm mən.üstümə gödəkcə gətir.atamı da tanıya bilmirəm artıq,girlfriendlərimi də,məllimləri də və lənətə gələsi kitabları da..!.kinolar da sanki çox dəxilsiz çəkilir! hər şey köhnələrdə yaxşı olub.amma indi köhnələr ancaq şəkillərdə qalıb ya da videokasetlərdə..tək xoşbəxtliyim köhnələrə baxmaq ya da köhnələri dinləmək idi.artıq onları da edə bilmirəm.köhnə kasetləri oxudan cihazlar yığışdırılır.yeniləri kəşg edilir.dinlədiklərim də köhnəldi köhnələrlə və getdilər.birdəfəlik.
indi yumru bir disk çıxıb,köhnə videolentlərin yerinə!şəkilləri nə vaxt rəfə qaldırassız hə?!..mən vermərəm heç kəsə o şəkilləri.öz saf vaxtlarıma ən iyrənc vaxtlarımda baxmalıyam bilirsən?!başa düşürsən məni?!lənətə gələsən səni görüm,rədd ol!heç nə anlamırsan!
Yalançıyam və iyrəncəm mən.bəzən bütün təkliyimi,üstümə paltarım kimi çökən bu təkliyi soyunmaq istəyirəm amma lüt soyuq olacam!Və hərdən o qədər iyrənc oluram ki...lənət olası seksin hər şeyin dərmanı olduğunu düşünürəm.tək dərdim sevişmək yəni.bu qədər iyrəncəm mən.zibil!insanın özündən iyrənməsi utancverici bir hiss.
O qədər qorxağam və tənbələm ki..hərdən acanda otağımdan çıxmağa belə ərinirəm..və burnumdakı o zibilləri yeyirəm..dadlıdır,çox dadlıdır.
Mən əslində böyük məqsədlərə sahibəm..bəli gələcəyim çox qəti olmalıdır.əslində çətin olacaq ,amma çətinləri sevirəm.bilirsiz uğur hər zaman mənlə olub di gəl ki,onu adam yerinə saymamışam mən!hər şey özümdən asılıdı dedilər mənə!dedim ki,lənət olası özümü göstər mənə!mən görmürəm-çoxu aynaya bax dedi.dedim ki o aynadakı hərəkət edən ət yığınıdır!
Ruh deyirəm Allahın bəlası,ruhumu ver mənə.içimdəkini ya azad elə,ya da özümün olan yeni bir ruh!
Haralardasa bu fikirləri mənim kimi düşünən biri vardır əlbəttə.və hər bir insanın öz həyatında bir “Tyler Durden”i olmalıdır.məndə də var.gec oldu,amma oldu deyəsən.bundan daha da ötəsinə ehtiyacım var.məni döyən bi özümə.xəyali özə.Yalnız mənim gördüyüm və heç kimin görmədiyi bir özümə.bu şizofreniyadır artıq.Şizofrenik ikilik bu xəstəliyin adı.Şizofreniyanın bu növünü sevirəm mən də.Yanımda onu təsəvvür etmək və onla danışmaq cəsarət tələb edir.Amma bacara bilərəm məncə!fikirlər çox qarışıqdır.hərdən bir sabunla hər şeyi partlatmaq və evimin altını üstünə gətirmək istəyirəm.Kinodakı kimi.Düzünü desəm,o kino mənim həyat tərzimə çevrilməyə başlayıb artıq.Elə düşünmə ki kinonun qabağından bu dəqiqə durmuşam və onun təsirindən yazıram bu cümlələri.Yox bunu ondan,özümdən və söhbətlərimizdən təsirlənib yazıram.
Hardasa xoşbəxtliyin olduğunu və xoşbəxt ailələrin olduğunu düşünürdüm,amma mənim gördüyüm olardan deyildi.yəni heç də xoşbəxt ailədə yaşayıram demək olmazdı.atam alt mərtəbədəki otaqda məskunlaşıb artıq və bütün paltarlarını özü yumağa başlayıb.evdə yemək yemir,sadəcə işdən sonra evə əynini dəyişməyə gəlir.Və sol küçənin sonundakı pitza dükkanından bir pendirli pizza alıb gəlir.Bir də bəzən cola əvəzinə pivə.qaydası üzrə yeməyini bitirdikdən sonra tv-dəki proqramların təkrar bölümlərinə baxıb yuxuya dalır.
Anam artıq siqaretə başlayıb.O gün onun otağının yanından keçəndə tikiş maşının səsi gəlmirdi.Qapıını döydüm və içəri girdim.Gördüyüm mənzərə məni şoka salmışdı düzü.Bir əlində “Canada Club” viskisi və o biri əlində light siqareti.İçir,arada çəkir və tv-də bir proqramın təkrar bölümünə baxırdı.Atamın baxdığı təkrar bölümə.Qəribəydi.mənə elə gəldi ki sözləşiblər,amma artıq bir həftədi ki görüşmürdülə.Və birbirlərin görməməyə çalışırdılar.Eyni evin içində darıxmaq dəşət ağır olmalıdı məncə.Mən dədarıxırdım.özü də çox darıxırdım.o yaxınımda ola ola onun üçün darıxırdım.əslində onu görürdüm amma ayrı qucaqlarda,ayrı əllərlə birlikdə və dodaqlarla toqquşarkən.o hamısını danışırdı mənə.
“Bu gün Tony-lə bir olduq,o çox ehtiraslıydı.məni birtəhər elədi,onun öpüşləri,toxunuşları,ilahi bu oğlan elə bi ehtiras maşınıdır.hər gün mənlədir John..!”mən isə dinləyirdim ancaq.bilmirdim artıq nə edəcəyimi və nə cür qurtulacağımı.bilmirəm.sonrasını bilmirəm hələ.

0 rəy:

Отправить комментарий