
hər gün bir doğruya gedirəm asta-asta.addımlarım çox dəyişkəndir.konkret tutduğum bir yol yoxdur.baxış açılarım hər an dəyişə bilir.bu beynimdə formalaşmanın olmamağı demək deyil,bu sadəcə axtarış istəyidir.yəni insan axtardıqca,mükəmməlləşir və irəliləyir.amma asta asta dəyişirəm.
yavaş-yavaş öyrənirəm ki,mən özümdən əvvəlkillərin elədiyini eləyən bir oyuncağam.təkrarlanır hər şey.bu səndə də belədir,məndə də.eyni şeyləri yazıram bəlkə də.və bəlkə də bezdiricidir eyni mövzu ətrafında fırlanmaq.amma bu aralar bu məsələlər ən çox diqqətimdə olan məsələlərdir.hər şeyi anidən dəyişmək,ideallarımda olana çatmaq və onlar kimi bir həyat qurmaq arzuları məni hara aparır bilmirəm.bundan 2 il əvvəl də o arzu var idi,indi də.amma heç nə dəyişmir ortalığda.dəyişən şeylər var əslində.və çoxdur.amma söhbət mühüm bir dəyişimdən gedir.yəni gözəgörünən bir dəyişmədir məqsədim.o gün bir şeyin fərqinə vardım.mən eynilə atamın həyatını yaşayıram.o cavanlıqda edənləri edirəm.özümdən asılı olmadan,asta-asta onu təkrar edirəm.məsələn o gəncliyində çox demokrat və üsyan olub.mən də eləyəm.bunun genlə bağlı olduğunu deyənlər tapılacaq aranızda bilirəm.mən də elə düşünürdüm başda.amma bu tam belə deyil.yəni əgər genlə keçdiyini düşünsək,onda mənim də beynim atamınkı kimi işləməli idi.amma tam fərqli düşüncə tərzləri var.eyni pəncərələrə baxıb,müxtəlif yerlər görürük.nəysə xasiyyət cəhətdən eynilikdən əlavə istəklər,arzular,məqsədlər və atdığımız addımlar da üst-üstə düşür.məsələn bu yaxınlarda mən təşkilata qoşulmuşam.AGT-Azad Gənclik Təşkilatı.O vaxtlarda da atam belə tipli təşkilatlara qoşulub və hətta qatı,fanatikcəsinə ideologist olub.müsavatçı olub illərlə.20 ilə yaxın.mənim qoşulduğum belə şey olmasa da,oxşardı hardasa.bu mövzuları güclü bilmədiyim üçün çox yazmayacam,fikrimi başa düşdünsə lap yaxşı,amma başa düşmədinsə edəcəyim bir şey yoxdur.
gitara daha sonra.mənə dediyinə görə və qohumlardan eşitdiklərimə görə:mən uşaq olanda,hamı deyirdi ki,ona gitara öyrət,o da musiqiçi olsun.amma o deyirdi ki:”Toğrul gitaraya əlini vursa,əlini qıraram falan.”yəni birtərəfli qarşıydı.amma indi özü mənə gitara öyrədir.Yəni o onu təkrar etməmi istəmirdi,amma iş elə gətirdi ki,onu təkrar edəsi oldum.nə bilim bəlkə də bu mənə elə gəlir.amma mənə nə gəlirsə elə asta-asta gəlir.hər şey belədir həyatda.yavaş-yavaş həyat səni qəliblərə salır.istisnalar var,amma belə olur əksəriyyətində.bundan kənara çıxmağı bacaranlar ya dahilər olur,ya da dahi ola bilməyən dahi dəlilər.birinci qrup hamının tanıdığı dahilərdir.ikinci qrup da dahilərdir,amma onların bəxti gətirmiyib necə diyəllər öz vaxtlarında və öz ətraflarında düşüncələri anlaşılmadığından dəli damğası altında və dəlixanalarda dahilik ediblər.
Bu da belə.bu yazdıqlarım inanmıram ki özümdən başqa kimisə maraqlandırsın.heç gözləmirəm də.sadəcə özümə maraqlıdı deyə yazdım.bir il sonra bunlara baxıb,öz inkişafımı müşahidə edəcəm.və asta-asta dəyişdiyim baxış açılarıma və düşüncələrimə baxacam.dəyişkən varlığam.ruh halı cəhətdən də,istəklər cəhətdən də.çox dəyişkənəm.stabil olmağı sevmirəm.ona görə özümü hərdən heç özüm də başa düşmürəm.
p.s:bu yazını yazdığım zaman dinlədiyim “Hisslər danışanda” və “Sen kimsin” treklərini hamıya məsləhət görürəm.hələlik
0 rəy:
Отправить комментарий