
Onlar gecikiblər.məni itiriblər artıq.hər nə etsələr də məni qazanmaq olmaycaq.mən onların deyiləm artıq.tam başından uduzmuşdu onlar.Tanrı mənim onların olmadığını yazıb alnıma.qalan hər şey boşdu.mən bu olanlara layiq olmasaydım,heç biri olmazdı.hər şey əlimdədir indidən belə.mən istəsəm hər şeyi dəyişə bilərəm,amma dəyişməyəcəm.qoy belə qalsın.hardasa 10 il belə qalsın qoy.əl dəyməyəcəm heç nəyə.yorulmuşam həddən artıq.
Günün birində ayıldım və gördüm ki mənə öyrədilənlərin hamısı boş şeylərdir.zibil zibil qaydalar.o vaxt ayıldım mən.ali məktəbə onların istədiyi yerə qəbul olmadığımda.heç özümün də istədiyi yer deyildi.amma tanıdım mən onda onları.bəlkə də ən pis anlarım idi amma onların vecinə deyildi.onlar çox acımasızdılar.məni başa düşmək əvəzinə,məni qınadılar.
Sonra dəyişdi hər şey.mübarizənin təməli əslində məktəb vaxtından qoyulmuşdu.amma o tumurcuğun cücərməsi üçün lazım olan mühit yox idi.hər şey o vaxt qıt idi.gücüm də,həvəsim də.sonra mübarizə başladı.və mən yavaş yavaş özüm olmağa başladım.hələ də bitmiyib amma yorulmuşam.əsas olan təməli tam,güclü və dolğunluqla atmışam.indi ən önəmli mərhələ başlayır yavaş yavaş.tələsmədən,aramla və ağılla atılan addımlar gəlir.ətrafın seçilməsi,beynin formalaşmasında mühüm olan bilikərin yığılması.
Siz gecikdiz artıq.siz mənlə maraqlanmaq üçün gecikdiz.mənim kimi sevib sevmədiyimi maraqlanmaq üçün gecikdiz.bunun ayrı adı yoxdu.ancaq gözümdən düşürlər hər süni suallarında.məni qazanmaqları uğrunda atdıqları hər addım səriştəsizdir.
Bilmirəm,bəlkə də bu mənə elə gəlir.amma indi yaxşıları düşünürəm ancaq.ancaq inamlı və ümid verən şeyləri düşünməliyəm indi.çünki onlara ehtiyacım var indi.səndən də bezdim.səni yazmaqdan,səni xəyal etməkdən də.ilham pəriləri bezib artıq sənə görə gəlməyə qapıma.
Mən aqressiv deyiləm,mən yuxarıdakıları yazmaq istəməzdim.mən 10cu sinifdə hər sınaqdan sonra otağa qapanıb o yazıları yazmaq istəməzdim.mən məktəbdə dərs əvəzinə şeirlər yazmaq istəməzdim.mən uniforma geyinməmək istəməzdim.mən bu geydiyim krossovkaları geymək istəməzdim.mən sizə indi belə yanaşmaq istəməzdim.mən siqaretə başlamaq istəməzdim.mən heç içmək də istəməzdim.mən indi ayrı yerlərdə olmağı arzulamaq istəməzdim.
əgər siz məni anlasaydınız.indi isə sus.eşitmək isrəmirəm indi heç nə.sadəcə boş boş duracam bu durduğum yerdə.yorulmuşam,üstümə gəlməyin.sonra davam edərik,sus...bitirək bu söhbəti elə burda.bir-birimizə baxaq elə boş-boş.sən də yorulubsan bilirəm.bu oyun bizimdir,dost.indi biz sonlara yaxınlaşırıq.gəlib çatdığımız bu nöqtələrə necə gəldiyimizə baxaraq bir siqaret yandırmaq vaxtıdır indi.illərin yorğunluğunu canımdan ancaq bir-iki siqaret tüstüsü çıxardacaq...nəysə,mən də çox danışdım deyəsən,susdum,sən də sus..
0 rəy:
Отправить комментарий