
Mən öləndən sonra heç nə dəyişməyəcək.Hər şey əvəzlənəcək,əvəzlənir və əvəzlənib də.Əvəzedici olmayan heç nə yoxdur!Hər şey keçicidir,hər şey!Yeməklər,içməklər,sex,xoşbəxtlik,sevgi,ayrılıq,göz yaşı,gülüş və sən!Eləcə də mən.Xüsusilə də mən!Mənim heç bir dəyərim yoxdur.Mənim mübarizəm məni ancaq bədbəxt eləyir.Heç nəyi dəyişə bilməyəcəyini anlayaraq dəyişiklik istəmək və dəyişmək uğrunda atılan hər addım axmaqlığa doğru aparan bir addımdır.Yəni axmaqlıqdır,yəni ki,mən,sən,biz axmağıq!
Mən heç bir rolu olmayan bir bədən,bir ət yığınıyam.Oy,yadımdan çıxdı.Mən fahişəyəm!Onlar da müştərim.VİP müştəri.Daimi müştərim və hətta ömürlük müştərim.Bu sistem budur bax!Artıq heç nə.Onlar məndən lazım olduqca istifadə edir,daldan qabağdan nəyim varsa alıb,əvəzində də qabağıma puldan,yeməkdən,sümükdən zaddan bir şey tullayırlar.Onların “zövq”ü əbədidir.Mənlə “yatmaq”dan doymur onlar.Elə ancaq “vurur”lar mənə daldan,qabaqdan.
Sən öləndən sonra nə olacaq bilirsən?mən öz ölümümdən sonrakıları bilirəm.Yas olacaq,40 gün bizim və yəqin yaxın qohumların evində televizor açılmayacaq,musiqi olmayacaq.Sonra 40 gündən də sonra baxmadıqları serialların dvd-lərini porkat götürüb baxacaqlar.Təzə mahnıları da yükləyəcəklər ki,ölənlə ölünməz!
Onlar mənim ölümümdən sonra halvamı yeyəndə,ağlayanda-məin də böcəklər,goreşənlər,qurdlar yeyəcəj.Ağzıma torpaq dolacaq,çürüyəcəm,leş olacam,iyrənc qoxacam.Amma həyat davam edir!Onlar özlərinə bu həyata tutndmaq üçün yenisini tapcaqlar.Həyat çox əclafdır,çox qəddar,acımasızdır!Yaşaya bilən yaşasın görüm!Sürünməsin,yaşasın!Bel üstündə yatmaq nəzərdə tutmadım yaşamaq deyəndə,öz ayaqlarının üstündə durmaq dedim yaşamaq deyəndə.Amma bunlar ancaq Azərbaycanda belədir!Mən ancaq Azərbaycanda xoşbəxt ola bilmirəm!Mən ancaq Azərbaycanda yaşadığım müddətdə bu sistemi belə iyrənc təsvir edirəm və ancaq Azərbaycanda addımbaşı hər insanı ümidsizliyə apracaq mentolitet sərhəddi görürəm.Mən yəqin digər yerlərdə belə olmazdım.
Bir də yadıma düşmüşkən,yəni P.S:
Əslində xoşbəxtlik yoxdur,olmuyub və olmayacaq da!
Əslində sənin idealların səndən də bədbəxtdir!
Əslində mənim xəyallarım tutduğumda o mələk-indi kimləsə sevişir!
Əslində-sənin xəyallarındakı ağ atlı şəhzadən də kimisə altına salıb indilərdə və əclafın böyüyüdür!
Əslində dünya fırlanmır heç!
Əslində bunları yazan da mən deyiləm heç və bunları da oxuyan sən deyilsən heç!
Biz qəliblərik,biz geydirməyik,biz çin malıyıq!Bilirəm qəbullanmaq çox çətindir və başından bəri təkzib edib məni söyürsən ya da dodağını dişliyirsən əsəbdən!Və bəlkə də çoxdan çıxıbsan yazımdan.Amma doğru olan bir şey var.Həqiqətlər acı olur və insanın gözünü açılanda sevinməyə çox az şey olur.
0 rəy:
Отправить комментарий