SlideShow

0

Stabil depressiya


Səndən sonra hər şey dəyişdi.Evimiz,mən,insanlar,qaydalar,sevgilər,xəyanətlər,xainlər..
Bir az həvəsdən düşmüşəm,çünki hamı edənləri edirəm.Bütün kişilər və qadınlar eynidir əslində bilirsən?!Tək fərq bioloji cəhətdəndir.Və bəzən beyinlər fərqli ola bilir,amma bəzən.Çünki hamı eyni şeyləri düşünür!Eyni yeməkləri yeyirik,eyni içəcəkləri içirik və sonda hamımız eyni prosesi yerinə yetirik.hisslər,duyğular-hamısı eynidir,hamısı.Hamımız eyniyik,hamızmız.Nə sən fərqlisən,nə də ki,mən!
Evimizin 3 otağından birindən istifadə etməyə başlamışam.Çıxmıram otaqdan.Çimmirəm neçə gündür.Çirkliyəm və iyrənc qoxuram.Otaqdan ancaq tualetə və sifariş etdiyim pitsaları götürməyə qapının ağzına gedirəm.heç onları da tam yemirəm.Hamısı yarı yarımçıq qalır.Arıqlamışam.Ancaq içirəm və çəkirəm.Saçım da uzanıb.Mənə sənsiz doğurdan da çətindir Vallah.Bütün insanları televizorsuz,qeybətsiz təsəvvür et bir anlıq.Mən də o vəziyyətdəyəm bax!
Ayrılıq dəhşət pis şeydi və dəhşət acımasızdır.Heç bir rəqib tanımır.Nə güclü,nə zəif,nə oxumuş,nə də ki avam.hamı eyni cür əziyyət çəkir sevdiyindən ayrılanda.Və hamı da yavaş yavaş gəbərir hər gün daxildən.Bütün kişilər ayrılıqdan sonra bu cür olur.mənim heç bir fərqim yoxdur.Həyat ədalətsizdir ya tanrı?!Bu sualın cavabını hələ də tapmamışam.
Fərqli olduğumu düşünürdüm,amma gözümü açdığım zaman özümü sizlə eyni inkubatorda gördüm!
Geri gəl mənə fərqli olum təzədən.Olmasam da qoy özümü aldadım.
Hamı kimi olmaq çətiniymiş vallah.Bezdim Vallah.Öldürəcəm özümü vallah!
://

0 rəy:

Отправить комментарий