SlideShow

0

SƏN


Heç nə vecimə deyil.Heç kim mənim üçün maraqlı deyil.Yalnız sən vacibsən mənə.Başdan ayağa sənəm mən.Səni arzulamaqdan,səni vərəqlərə çəkməkdən,dəftərləri sənlə doldurmaqdan doymuram mən.Nə də ki,bezmirəm!Sənlə qurduğum hər arzu bilirəm ki gerçəkləşməyəcək.Və onların yalan çıxması da məni qorxuzmur.Mən o yalanları da sevirəm.Çünki onun da arxasında bir sən varsan!
Ancaq mən və sən.Və musiqi..Bizim xəyallarımızda canlandırdığımız dünyanın təməli olan musiqi.Bir az Emilia Torrini,bir az da Miguel Calo!Bir az sənin gülüşün,bir az da günəş işığı.Tango bir az da..Bomboş evin boş otaqları..Açıq pərdə və pəncərələr.Sərin külək və sənin saçların..Üzümə tökülən və məni qıdıqlandıran saçların...İlıq dodaqlarınla dodaqlarımın toqquşması..Mən əvvəllər heç bu qədər həyəcanlı olmamışdım.Xoşbəxtliyə toxunmaq üzrəyəm,əl dəymə mənə.Nə də mən sənə əl dəyəcəm.Söndür telefonunu və də gözlərini də açma.Qoy dodağların dadı və öpüşün ətri getməsin..Mənə ehtiras alovu ilə dolmuş bədən lazım deyil!Mən səni bədəninə görə sevmirəm!Mən səni incidə bilmərəm.Ruhuna toxunuram ancaq mən.Elə sən də.
Parisin sevgi dolu küçələri və dəli biz.Vecsiz addımlarla gəzişimiz..Biz maddı tələblərin hökmdar olduğu dünyanın içində mənəvi ləzzət dadmaq istəyən iki axmağıq.Biz hər şeyin qarşılıqlı olduğu dünyada bir-birimizə heç nə vəd etməyən və bir-birimizi sonsuz sevən iki axmağıq!Bu sevgi çox dəlicədir.Çox qanunsuzdur bizim sevgimiz.Nə qürür var,nə də ki qısqanma.
Mən əvvəllər səni çox axtarırdım,amma indilərdə illərimi alan bir axmaq həqiqət tapdım!Sevgi özü səni tapır,sən sevgini yox!Sevginin xəritəsi yoxdur.Sevgi nə yarımada tanıyır,nə ölkə,nə qitə,nə materik,nə də ki,okeanlar.
Mənə səni sevmək üçün bir baxış bəsdir.Bəs elədi də.Bir dəqiqə də bəsdir mənə vurulmaq üçün..Sevgi zamanın yox edə bilmədiyi tək şeydir.Sevgi qocalmayan tək şeydir.Sevgi zamanla azalmayan tək şeydir.Zamanın aciz olduğu,zamanın məhv edə bilmədiyi tək qüvvədir SEVGİ!
Onların dediklərinə qulaq vermə.Onlar sevmiyiblər,onlar özlərini aldadıblar ancaq.Mənə nə onlar,nə də dedikləri lazımdır.Mənə ancaq sən,sənin sevgin,sənin gözlərin,sənin göz yaşın,sənin gülüşün,sənin saçların,sənin pıçıltıların,sənin smslərin,sənin ətrin,sənin dodaqların,sənin öpüşlərin maraqlıdır!Başdan ayağa,dırnaqdan saça qədər sən.Şimaldan cənuba,qərbdən şərqə qədər sən istəyirəm mən......!

0 rəy:

Отправить комментарий