SlideShow

0

...və həyat gözəldir...


Hərdən isinməyinçün bir film sənə bəs edir.Bu qədər soyuq insanların içində üşüməmək mümkün deyil çünki.Hərdən sənə qarşı baxan gözlərdən birindəki xırda bir təbəssüm səni güldürə bilir və mimikanı dəyişir.bu qədər kobud,qaş-qabaqlı cəmiyəət içində sallaq üzlü və gülməmək normaldı.hərdən bir öpüş dodaqların yığılıb qalan,demək istəyib deməyə cəsarət etmədiyin,bəlkə də dediyin o neqativ təsir bağışlayan nsözləri özünə çəkir və səni neqativdən azad edir.
Hər şey ani olur.Birdən birə baş verir hər şey.Anlıq..Sevgilindən ayrılma mesajın,dostunun ölüm xəbəri,kiminsə universitetə qəbul olunma xəbəri və s.Hamısı o anda gizlidir.O anda baş verir hamısı.
Hərdən intihar dərəcəsində ölümcül vəziyyətdə olursan.Və çıxdığın damdakı bir qırıq stul ora oturub düşünməyə vadar edir səni.Və sən yenidən yaşamaq üçün sabahdan bəhanə axtarışına çıxırsan.Biz bəhanəsiz yaşaya bilmirik onsuz.
Bəzən təklikdən elə yorulursan ki,bacardığın tək şey susmaq olur.Bolluca susursan.
Və bəzən içindəki boşluğu doldurmaq üçün bəzən bir rəsm çəkmək kifayət edir.Yaşıl çəmənlik,günəş və sənlə onun olduğu bir tablo.hər baxdığında sənə hər şeyi unutduracaq rənglərdən ibarət tablo.
Həyat gözəldir,kainat gözəldir.hər şey nə qədər çətin olsa da həyat və kainat gözəldir.heç nə bacarmasan da acizliyini və həyatı sev.
O səni sevəcək deyə bir şey yoxdur.nəticələr tamam fərqli ola bilər.ümid et ama sən.ümidlərlə nəticələr tama fərqlidir.
Və hər kəs xoşbəxt olacaq deyə bir qanun da yoxdur,amma sən cəhd elə.sən istə.bəzən tək istəməklə heç nə düzəlmir,amma bəzən bacardığımız tək şey elə istəməkdir.
Mən istəyirəm və inanıram ki günün birində onu tapacağıma.qədər küləklərinin mən tərəfdən əsəcəyinə və xoş anları bol olan bir saat taxacağıma.
Sən də başla,elə indi.dayanma,vaxt itirmə!

0 rəy:

Отправить комментарий