
Bu yazıdan sonra nə qədər vaxtım qaldığını bilmirəm.Heç sağ çıxacam mı onu da bilmirəm.Sən də bilmirsən.Bəlkə də bilməyən tək mən olacam bu gün bu yazıda.Bəlkə də bu yazı ancaq dəftərdə qalacaq və sən indi ulduzları seyr edərkən mən bu dəftərin üstünə yıxılıb öləcəm.Heç birimiz heç nəyi dəqiq bilmirik,dost!Lənətə gələsi dünyada hər şey nisbidir.Bu zibilxanaya ağlayaraq gəlirsən,zibil!Daha nə gözləyirsən,nə gözləyirəm mən hə bu zibilxanadan?!
Və nə vaxt rədd olacağını da bilmirsən bu zibilxanadan.Hə,dünya zibilxanadır.Biz də onun içindəki zibillərik! Bir gün hamımızı zibil maşını gəlib aparacaq burdan.Amma yenə də günləri boş-boşuna keçirib fiziki cəhətdən yaşlanırsan.Mənə ölübsən artıq.Tək dərdin və məqsədin:semestr qiymətləri,imtahanlar,sevgilinin nazı,ata və ananın tərifi,çayxanadakı oynadığın domino hesabı,serialdakı öpüşmə səhnələri,məhlədəki elədiyin qeybətlər və əynindəki ayaqqıbının təmizliyi.İyrənc gündəsən,dost!
Elə mən də.Amma arada bir fərq var.Mən iyrənc olduğumun fərqinə varmışam və it kimi qorxuram fərqinə vardığım gündən.2 ildir artıq.Bir gün ölməkdən və leş olmaqdan.Bunları yazmağım belə qorxunc.İndi hamı yatıb bu dəqiqə və birdən birə nəfəs çatışmamazlığı gözləyir məni səssizcə.Ya da ki,sudurğa.Bəlkə də içdiyim bu pivədən zəhərlənmə.Və ən çox qorxduğum sadaladıqlarım baş verərkən hamının yuxuda olması.Xəbərsiz ölüm-bundan qorxunc şey yoxdur mənə görə.Paranoikadı bu.Bu gün paranoikəm mən.Bəlkə də ağını çıxardıram.
Mən vecsizəm,amma bu hər şeyin həlli yolu deyil.Bədəbəxtlik mənim vecsiz ola-ola xoşbəxt ola bilməməyimdir.Mən vecsizləşdikcə ətrafım məni görməzdən gəlir.Məndən,səndən də böyük “vecsiz” var.Tanrı! Tanrı vecsizdir,Dost! O bizim ölüm tariximizi bizə bildirməyəcək qədər vecsiz davranıb bizi yaradarkən.Mən Tanrını suçlamıram.Hələ o qədər dahi olmamışam.Amma bu belədir.Bizə göylərdən baxıb zövq alır.Avtoqəzalar,intiharlar,cinayətlər-hamısı gülüncdür.Tanrı qədərimizin,həyatımızı özümüzün əlində ola biləcəyi bir dünya yaradıb.Çox şey bizdən asılıdır həyatımızda,amma hər şey yox.Hər şey çox şeydən çoxdur.Həyatımızn öz əlində olmağımızı sevindiricidir,amma bir problem var yenə.Hər şey bununla da bitmir.Çərçivə və sərhədlər var bunda belə.Həyatımızın öz əlimizdə olmağı da sərhədlənib.Sərhədlər və çərçivələr bizi izləyir həmişə.Kölgə kimi.
-Həyatın əllərindədir.hər şey sənin əlindədir,gələcəyin də.
-Mən çox xoşbəxtəm!
-Amma bir çatışmamazlıq var.1990 və 2000 neçəsə aralığında.Biz artıq 2000 olan hissədəyik.Zaman səni Tanrının hüzuruna aparmağçün durmadan fırladır əqrəblərini.Geri qalan vaxt ərzində həyatın əllərinə sığışacaq mı?Gücün çatacaq gələcəyini ətəyinə yığmağa?
-Mən intihar elmək istəyirəm,hər şey çox ədalətsizdir.
Tanrı bunla maraqlanmır.Tanrı bunları düşünmür heç.O bizə hər şeyin əlimizdə olduğu bir dünyada sərhədli vaxt qoydu.Özü bilir ancaq son tarixi.Və bəlkə də həyatının son bir saatında həyatının əllərində olduğunu dərk edən birinin mübarizəyə başlamağı Tanrının qəhqəhəsinə səbəbdir.Yaxşıca gülür Tanrı bunlara.
Həyat gülməlidir.
0 rəy:
Отправить комментарий