SlideShow

0

İnto the Tmenizüğa



İkinci kursun axırına qədər olacaq hər şey.Az qalıb ikinci kursun axırına da.Bir il zad.Bir il nədi ki e,gözünü yum aç,barmağı qatla gəlib keçəcək.Çoxlu planlarım var.Ayrı bir iş tapmaq istəyirəm.Hardasa günün yarısını işləmək.8 saat zad.Evdəkilərin də üzünü az görərəm beləcə.Çünki hər gördükcə tələbləri arıt.Tələbin ardı-arası kəsilmir.Onu elə,bunu elə.Elə bil köləyəm mən!Özümə vaxt ayırmağa imkan vermirlər.beləcə səblərim də sağlam olar.Canımı qorumalıyam nə də olsa,hələ lazımdır mənə o.Sonra dərsləri də yoluna qoymaq lazımdır.Kəsrlərimi düzəltsəm və heç olmasa 3ün stependiyasın alsam,o vaxtlar da idmanla məşğul olacam.Belə babat da bədən yığsam,işlə qırağa 1000 azn də pul atsam.İşdən əlavə stependiya zad da.Bankda da hesab açacam.Və son addım bu həyat üçün.Universitetdən çıxmaq üçün ərizə yazacam və çıxacam.Ardınca hərbi xidmət.Qayıtdı yoxdur daha.Mən bütün iplərimi qırdım onlarla bağlı olan.İstədiyim azadlıq artıq mənim əlimdə olacaq o vaxtlarda.
Ayrı həyat,ayrı yaxınlar,ayrı əhatə,ayrı ev,ayrı öhdəliklər və ayrı böyüklər.O həyat məni çox yorurdu.Elə bu həyat da deyəcəm o vaxt.Azərbaycanda həyat çox sıxıcı keçir.Sevmirəm bu şəhəri,bu ölkəni və bu insanları!
“Tmenizüğa”.Fransada bir kənd.Şokolad fabriki də var orda deyirlər.Mən də ora getdim bəlkə.Orda bir fransız qızyla da sevgili olaram.Heç evlənmərik..Evlilik böyük məsuliyyətdir.Onun öhdəliklərini daşımağa gücümüz olmaz bizim.İkimiz də yorğun olacıyıq o vaxtlar.
Mən ona Azərbaycanı və Bakını danışaram,o da mənə Fransa və Parisi.Dünya qəribə qurulub niyəsə.Eyni xasiyyətli adamlar orda burda doğulurlar,eyni nyerdə doğulmaq əvəzinə.Nə bilime day mən.Deyirlər Allahın hikmətindən sual edilməz.Elə buna görə dərinə getmirəm.O bilən məsləhətdir.Tale,inanc,alın yazısına inananlardanam.Bəsit adamam.Başıma hər nə gəldi “O” bilən məsləhətdir deyib keçirəm.Nəysə əşi.
Beş ya da altı il kənd həyatı yaşayaram.Dil də öyrənəcə m o vaxtda dəqiq.Fraznsızca Səni Sevirəm daha gözəl səslənir.JOTEM!Romantik gecələr yaşayarıq,kənd səssizliyində istirahət edərik.Gözlərinə baxıb güc alaram səndən.Enerji.Şükr eliyəcəm o vaxtlarda allaha.İndi də eliyirəm e,amma o vaxt lap çoxlu edəcəm.
Sonra dinə başlıyarıq sənlə.Hardasa yaşasaq 10 il zad sonra.Bir yerdə illərdir cavabsız olan hər sualı cavabına qovuşdurarıq.Tanrının hikmətinin böyüklüyündə azarıq.Sonra da ölərik,əcəl çatanda.Ya da birinci sən ölərsən.Mən onda qayıdacam Bakıya.Bakıda bir qocalar evinə gedərəm.Orda da təkbaşıma axırımı gözlüyərəm.O biri dünyada da təzədən qovuşarıq.
Bu da ki happy end =)
P.S:Fransada Tmenizüğa adlı bir kənd yoxdu.Söhbəti tutana uğurlar,tutmayana da bolluca tutnarzulayıram.
:P

0 rəy:

Отправить комментарий