
Axşamları eyvana çıxıb baxdığında buludlar bir əl qədər yaxın gəlir insana.Elə bilirsən ki,əlini uzatsan ovuclarına buludun tozu dolacaq.ya da xırda buludlar.Nə bilim nəyi,amma ondan bir hissənin ona əlini uzatdığın zaman ovucuna düşəcəyini zənn edirsən.
Mən uşaq vaxtı balaca olduğum üçün çox əsəbləşərdim.Böyükləri də başa düşə bilmədiyim üçün onları qınıyardım.Ya da təzədən özümə hirsdənərdim.Mən həmişə böyük olmağı arzulamışam.Amma günün birində uşaqlığıma qayıtmaq istəyi oyanada anladım ki,böyümüşəm.Böyüklük belədir.Böyüklük uşaq olmağı arzulamaqdır.Çox qəribə an oldu an.Əslində qayda üzrə sevinməliydim,amma olmadı.Mənim üçün ən böyük arzu olan böyüklük əslində heç də yaxşı şey deyilmiş.Zaman sel kimi axıb gedirdi və sanki mən bir damcı belə dolmurdum.Zaman əlimin arasından yerə süzüldükcə həyat maskaları çıxardırdı.
Həyat və zaman ikisi birgə çox yaxşı oynuyur bu oyunu.Biz arada oyuncağıq.Bizim heç bir şeyə heç nəyimiz,heç bir hərəkətimiz təsir etmir!Bizim varlığımız və yoxluğumuz heç bir rol oynamır.Biz oyun gedən zaldakı,oyun meydanındakı suvernirlər ya da ki,bayraqlarıq!Bəzək üçünük bizlər!Oyun oynuyanlar darıxmasın deyə.Amma özümüzü xoşbəxt hiss edirik biz.Deyirik,gülürük,arzulayırıq.Arzular da yalançı olur çox vaxt və biz heç nəyi ayırd edə bilmirik çox vaxt.Gözümüzə pərdə salıblar bizim!
Ən böyük arzum idi o vaxt buludlara əlimi uzadıb toxunmaq.Amma arzum yalan və içiboş oldu.SÜRPRİZ-Buludlara toxunmaq olmurmuş və əslində sən dmə buludlar uzaqdaymış bizdən xeyli.Məsafələr böyükdür sən demə mənlə və buludlar arasında.Məsafələr aldadıcıdır.Yaxın görünən nə varsa uzaqdır əslində.Sən mənə çox yaxın olduğun kimi də əslində çox uzaqsan.Sənə yaxınlaşdıqca səndən uzaq düşürəm mən!
Eyni dünyada yaşayırıq əslində biz.Bəlkə də eyni şəhərdə-Bakıdayıq biz.Amma uzaqlardayıq bir-birimizdən.Məsafələr sevginin qatilidir.İnsan məsafələri qət etdikcə dəyişir.Məsafələr elə həyatın özüdür.Yəni ki,həyat özü də məsafələrdən ibarətdir.
Qəribədir.Yer üzündə insan əz uzaq nöqtə insanın belidir.
Hər şey çox çətin,qarmaqarışıq,əlçatmazdır necə də.Mən belə qəlizliklərlə dolu olan sistemdə yaşamaq istəmirəm.Gəl gedək o biri qalaktikalara.Bəlkə orda bululdlar bizdən aşağıda olacaq və bəlkə də orda biz buludlarda yaşayacağıq.
Buludlar cənnətin döşəməsidir məncə.İnsanlar orda bulud üstə gəzəcəklər məncə.buludlar pambıq kimidir.Onlar dağılışırlarsa deməli küsürlər bizdən.Onlar da canlıdırlar və onların da öz dünyaları var məncə.Amma onlar bir yerə yığıldıqlarında ağlayırlar.bu yağışdır.
Yağış-Buludların sevinc göz yaşlarıdır.Onlar qovuşurlar və ağlayırlar.Və xoşbəxt sonluq.Gəlin həmişə küsdürək onları və ağlasınlar.Və biz də onların müşayiəti altında gəzək.Bəlkə də bir gün onlar ağlayanda,sənlə mən gəzəndə rastlaşacağıq.
Gəl biz də qovuşaq,ağlayaq və xoşbəxt son!
Sən mənim ən əlçatmaz buludumsan və mən həmişə sənə eyvanlardan baxacam.
0 rəy:
Отправить комментарий