SlideShow
0
Sən gedəndən bu yana
Hər tapdığıma sənin adını verirəm və bir az da tələsirəm,
Bu xəyanət deyil ki,yalnış anlaşılmadır.
Sevgilim,bağışla məni,üzr istəyirəm.
Çox,amma çox təəssüflənirəm.
Gecələr çəkilməzdir sən gedəndən bu yana,
Qələmlər həvəssizdir,amma bütün pəriləri də boğaza yığmışam.
Özüm özümü anlamıram,
Gah səni günahlandırıram,gah da dərdlərimin səbəbini,
Göz yaşlarımı,yediyim çörəyə,soğana soruram.
Gülünc günahlarım var-sən gedəndən bu yana.
Hərdən sözlər tükənir və qafiyələr çata bilmir görüş yerniə,
Cümlələr də mənim tək yarımçıq sənə yazılanda,
Digər hissələrim ölüb yenə də,
Bütöv ölmək istəyirəm,amma bacarmıram ki,
Sən gedəndən bu yana.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 rəy:
Отправить комментарий