SlideShow
4
Hörmətlə,sevgiliyə
Təkbaşıma bütün küçələri gəzərkən düşündüyüm iki şey var:1)Sənin gözəlliyin;2) Və ölümün.
Bu fikirlər ikisi də eyni anda zehnimdə sərbəstcəsinə gəzib dolana bilir.Və mən hər günün sonunda zehnimin sərhədlərinə yeni bir məftil toxuyuram.Məni bütünüylə özümdən çıxartdığın üçün özümə mi qarğış edim yoxsa sənə mi bilmirəm.Zaman su kimi axıb gedir və mən üzümə gələn hər yeni dalğada boğulmamaq üçün əlləşirəm.Hansı ki o dalğalarda sənin yelkənlərinə sığınmaq varkən.Bütün qapılarımı sonuna qədər açmışam və səndən əvvəl yazdıqlarım ayaqlarının altına sərilən tozlu xalçaları xatırladır.Bircə addım irəli atmağın bütün hər şeyi silib süpürə bilər.Keçmişin izlərini,indinin tozunu və gələcəyin dumanını.Hər səhər oyanan kimi artıq telefona saatı öyrənmək üçün baxmıram.Bu gülünc gələ bilər,ancaq mən hələ də içimdəki ən az parıltılı ümiddən yapışmışam.Sənin məni bircə cümlə ilə qarşılayacağın o məktubu gözləmək ümidi.Hardasa bir kəpənək olsam deyirəm.Sənlə yayın 3 gününü yaşasam və ölsəm.Ömrümün geridə qalan illəri vecimə deyil.Əgər bu qədər qısa müddət içində bütün daşlar bir anlıq yerinə oturdusa və sönülü hər şey bir anlıq işığa qərq oldusa demək ki bunda bir sehir var deyə düşünürəm.Xeyr,mən yanılmıram.Öncəsində heç vaxt belə bir sehir görməmişdim.Sən gördüyüm və tanıdığım ən güclü və ən sirrli sehirbazsan.Bu cümlələr sənə tanış gələ bilər hər hansı bir kitabın hər hansısa bir səhifəsindən.Ancaq indən belə bunlar mənimdir,sənindir və bizimdir.Əgər bunları hiss edə bilirsənsə demək ki artıq onlar sənindir.
Həssaslaşmışam.İçimdə sənə qarşı sevgi varkən digər hisslər və qayğılarım sənin yanında çox zəif görsənir.Çox cılız görsənir.Çox yumşaq.Yumşaq hərflərlə mənə nələrisə yazmağın məni içinə qağandığım otaqlardan çıxarda bilər.Elə yumşaq yaz ki,yay küləkləri belə onları pəncərəmə uçurda bilsin.Və gözüm tavana baxarkən gözlərimin üzərinə düşən o yazıda səni hiss edə bilim.
Подписаться на:
Комментарии к сообщению (Atom)
4 rəy:
bagishla!
bunu gorsen mene yaz. toghrulmusa@hotmail.com bura yaz
@Nura Talishinskaya
mutleq yaz. gozleyecem.
Отправить комментарий