
Bura qədər yarı yıxla yarı qalxa gəlib çatmışam.amma bundan sonrası yoxdur.artıq zəncir ağırlıq eliyir ayaqlarıma.sonu nə olursa olsun qırıb qaçacam buralardan.buralara görə deyiləm mən.nəsə çatışmazlıq var ortalarda.nəsə səhv yönə gedir və nələrsə əksik olur həmişə.bu cümlələrin səhv yaxud düzlüyü ilə,standart,şablon və yaxud da fərqli olmaları məni maraqlandırmır qəti.bezmişəm.nəyəsə görə istifadə edilməkdən bezmişəm mən artıq.
Amma məndən əvvəl də bunları yaşayanlar olub məncə.əslində indi fərqli heç nə yoxdur dünyada,ölənlərin simaları doğulur indi və də indi ölənlər növbəti minillikdə olacaq məncə.hər şey dövr edir.ədəbiyyat,musiqi,kino,üsyanlar,ümumi hər şey ümumiyyətlə təkrarlanır.bəlkə də nə vaxtsa yenə də bir mən olacam və bəlkə mən ikinciyəm.sonra da bir mən olacaq dünyada.qarışıqdır və daha da dərinə getdikcə yaradanın sadəcə oyun qurduğunu anlamağa başlayırsan və qorxursan.qaranlıq nöqtələrə işıq salmırsan,qorxursan.müəyyən çərçivələr var ki hamımız ordan kənara çıxa bilmirik.maraqlı olan digər şey isə bu qədər acımasız dövr nə vaxtsa olub yenə?inanmıram və inansam da sonrakı 20 ili təsəvvür etməyə qorxuram.
Yaradan niyə yaradır?bu oyun bitsin artıq qoy!ya da mən bitirim bu oyunu.oynamaq istəmirəm mən,fasilə verin ya da.on illik ortalıqdan yoxa çıxım qoy.qəbirdə yatım bir az,bir az da siz ağlayın mənim üstümdə.güllər qoyun,qərənfillər yox amma.başqa ətir duymaq istəyirəm mən,qərənfil ətri yox.digər ölülərdən fərqim olsun qoy.hamı kimi yaşamadımsa,hamı kimi də ölməyim qoy.
Sistemi dərk etmək üçün və nəsə etmək üçün dayanmadan kitablara baş vurmuşam,bütün yığdığım pulu kitablara yatırıram.və bir gün yəqin ki,sistemə başqa tərəfdən baxıb öz baxdıqlarımdan yaza biləcəm.inanıram buna,mən təxminən gələcəyimi bilirəm.dahiliyə doğru bir yol var qabağımda.fərqli bir yol var qabağımda.bəlkə başqa qalaktikalarda bu yol elə standartdır,amma mənə görə mən fərqli yoldayam indi.hamının getdiyi yolda görünsəm də.
Bu dəqiqdir,inanıram və dəli kimi istəyirəm bunu.ətrafımdakı heç nəyi hədər etmədən,həba etmədən hər şeydən dəyərlənərək istəyirəm.Çünki bilirəm,var.
Var,burdakından da gözəl dünya var oralarda.
1 rəy:
bloqunuzun dizaynı çox orijinaldır
Отправить комментарий