Bakı,21ci əsr.yaşadığımız gün,vaxt,saat,dəqiqə,saniyə və hər dekretə aid bir reallıq.
Hər şey gözlənildiyi kimi gedir həyatımızda-uşaqlarımıza səhər yeməyini vermək üçün səhər 7dən dururuğ,çayı qızdırırğ,suyu isidiry ki,səhər tezdən əl üzünü yuyan zaman soyuq olmasın və hər zamankı kimi çörəyin üzərinə yağ cem çəkib hazır şəkildə qururuğ süfrəmizi.Və otağa doğru yol alırığ,pəncəmizin üzərində gəzərək ki,yuxusu yarımçıq kəsilər.əlimizdə olsa qapını da açmadan içəri keçərik ki,oyanmasın o uşaq və sonda səslənirik qapıdan.
“Dur,vaxtdır,gecikəssən,əzizim.”
Qarşı tərəfdən heç bir səs gəlmədiyi zaman isə ancaq təbəssüm qonur çöhrəmizə ki,yenə də dəcəllik edir o balaca yataqdan qalxmamaq üçün.Və gülərək qapını açıb,yatağına baxaraq səslənirik.Baş gizlənərək yorğanın içindən çıxır və yuxulu bir səslə “hə,oyandım,gəlirəm indi,yaxşı”kəlmələrini deyir.Otaqdan çıxıb,saata baxmaq üçün qonaq otağına keçirik.Və saat artıq “7:15”i göstərir.
Dərsə yola saldığımız zaman hələ bir eyvandan da boylanıb gəzişinə baxırıq.Bir andan da olsa ağıldan keçir ki,hansımıza oxşayıb deyə.Özümüzə mi yoxsa həyat yoldaşımıza mı deyə?
Daha sonra isə içəri keçib,özümüzə çay süzüb,TV-i açırıq və hər hansı bir proqram ya da ki,reklamla günü planlaşdırırıq.Hə,bu gün ağ köynəyim ütülənməlidir və ayaqqabım da mazlanmalıdır,çünki müdir bu gün nəzarətdə olacaq.Başımızın üstündə dayanacaq 8 saat.
“İlahi, o necə də nümunəvi müdirdir,mən fəxr edirəm ki,onun işçisiyəm!
Hər birimizin ayrı ayrılıqda qeydinə qalır ki,işlərimiz bəyənilsin.”kimi fikirlərlə həvəslə ütüləyirik köynəyi və ardından da ayaqqabıdan mazı əskik tutmadan bolluca mazlayırıq onu,parıldadana kimi.Saat artıq 9dur.Hər şey planlı gedir,bəli.Oğlumuzun indi birinci dərsini bitirib,çantasındakıyla qidalandığını düşünüb özümüzlə fəxr ediki bir daha.
“21ci əsrdə belə oğul böyütmək hər ataya məxsus olmur,məsələn bizim qonşumuz.Oğlu necə də mədəniyyətsizdir,atasının gözü qarşısında siqaret çəkir və üzbəüz oturub pivə də içirlər hələ,ilahi!
Bu ki,lap dəhşətdir,o məgər öz oğlunu düşünmür ya görəsən oğlunun mənəvi-əxlaqi dəyərləri bu qədər mi kasaddır?!”kimi fikirlərlə də beynimizi qidalandırırıq və ruhumuz da sakitləşir.
”Biz tam güvənirik oğullarımıza,çünki bizə də güvəniblər vaxtilə.”düşüncəsi bizim əlimizdə pasportdur,biz modern və pozulmuş zəmanədə bu pasportu göstərərək oğullarımızn beyninə daxil oluruq.Onları qoruyuruq qonşunun oğlundan və dükandakı prezervativləri almağa şövq edən zərərli videolardan.Hər gün 3 dəfə kontrol edirik telefonları və çanta cibləri hər deşiyinə kimi bizim nəzarətimiz altındadır.Playlistdə isə bizim cavanlıq vaxtımda dinlədiyimiz mahnılar və Şouvunderkindlərin məsləhət gördüyü müğənnilərin mahnıları.Oğullarımız nə rok,nə rep,nə dub-step,nə rock`n roll,nə jazz,nə reggae,nə də ki digər “vəhşi” musiqilər var.Amma qonşunun oğlunda var bunlar.O qəribə geyimlər geyinir,qəribə musiqilər dinləyir,hər gün demək olar ki,telefonundakı biədəb videolara baxaraq mastrubasiya edir və o gün də dükandan çıxanda əlində prezervativ paçkası var idi.Onların evindən qışıqırıq səsləri kəsilmir,mənim evimdə isə sükut hakimiyyətdədir.Atası yaxşı ata deyil,oğulu da yaxşı oğul deyil.
Amma bilmədiyimiz həqiqətlər olur bəzən çox təəssüf ki.Məsələn:
Əslində qarşı tərəfdən heç bir səs gəlmirsə qulağı qapıya dirəmək lazım idi!
Çünki zəif və boğuq iniltilər gələcəkdi və bu onu göstərir ki oğlumuz məşğuldur.Və əgər qapını açdığımız zaman baş yorğanın içindən çıxırsa,vəziyyət aydındır.Balaca,dəcəllik edir.Modern dəcəllik:o Natalia Orieraın lüt şəkli vasitəsilə mastrubasiya edir,telefonunda olmadığı üçün.
Eyvandan ona baxdığımız zaman o da gizlin bizə baxır və biz onun hansı əcdadına oxşadığını düşünərkən o bizim içəri keçməyimizi gözləyir.Və döngəni dönən kimi,şalvarın içində özü tikdiyi üçüncü cibdən siqaret çıxardır və hər zamankı kimi stolbanın altında gizlətdiyi zajiqalka vasitəsilə yandırıb siqaretini çəkir.Biz onu çantadakı yeməyini yeyir kimi düşünürük,o isə məktəbdən hər hansı bir burnufırtıqlıya onu satıb əvəzinə drug dənələri alıb.Hə,bəli o bunları edəcək dərəcədə kasaddır!
Hə,prezervatif paçkası isə artıq oğlumuza gərəksizdir,o indi real zövqdən yanadır.Hər şey təbii olduğu zaman gözəl alınır.Hətta,seks də.Musiqi isə onun üçün gərəksizdir,onun öz dünyasında əsas rolu kitablar oynayır.Və o dərs kitabı cildi ilə olan yeraltı və qadağan olunan ədəbiyyatlar oxuyur.Günün birində isə o rok qrup yaratmaq fikriə düşəcək və məşqlər üçün o hazırlığa getməlidir.Repititorlara ödənilən məbləğlə isə instrument və məşq üçün qarajın arendasını yola vermək olar.Geyim isə önəmsizdir,əsas olan beyinin geydiyi enli düşüncələrdir.Artıq pasportu ilə beyninə girən atası yoxdur.Atası bir ildi o pasportla birgə oğlunu da itirib.
Və günün birində işdən qayıdan atası biədəb saydığı o yeraltı qarajın önündə,üstü cırığ o qəribə geyimin içində öz oğlunun cəsədi ilə qarşılaşır.Bunu ilk öncə dünən gecə baxdığı qorxulu kinonun qarabasması kimi qəbul edir və özünü gec yatdıb oğluna pis örnək olduğu üçün günahlandırır.Amma,bir az yaxınlaşdıqdan sonra mənzərənin real olduğunun fərqinə varır və bu miraj ya da ki, qarabasma deyil!
Bu ölən uşaq onun uşağıdır,bizim uşağımızdır,sizin uşağıdır!
Sərhədlərə salıb korlanmaya qoymadığımız uşaqlarımızın axırına həmin sərhədlərin tikanlarının çıxdığını bilməliyik və qonşuda hər şey normaldır.Hər şey davam edir,həmin oğlan yenə də prezervariv paçkasını alır,yenə geyinir o enli qəribə geyimləri və yenə də atasının qabağında çəkdiyi siqaret damağındadır.
Zəmanəmizdə nələrsə səhv gedir,oğul da ata da sakitcə öz görmək istədiyini görüb,etmək istədiyini edir.Və həmişə xoşbəxtliyi qoruyan biz olsaq da,qonşunun oğluna qaçır o xoşbəxt ailə tablosu.
O gündən sonra o ata dinmədi və üstündən bir il keçdikdən sonra təsadüfən oğlunun dərsliklərinə rast gəlir.Ona naməlum olan ölümü və qəbullanmadığı drug üstündə olan qətl hadisəsinin açıqlamasına rast gəlir.Qadağan olunan ədəbiyyatlar,qəribə qrafikalar,qəribə rəsmlər,qəribə mədəniyyətlərdən götürülmə devizlər və qəribə müəlliflərin kitabları.
Geriyə qalan tək addımı atdı.Oğlunun bütün kitablarını,oğlunun paltarlarını,stolun üstünə yığıb özünü asdı.
SlideShow
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 rəy:
Отправить комментарий