SlideShow
0
Yarımçıq məktub(ikinci hissə)
Hər şey vaxtsız olduğu zaman,onu qəbullanmaq çətin olduğu üçün,hər şeyi qəfilləşdirin.Anidən olsun həyatınızdakı hər şey.Keçmişinizi bir anda silin,düşünmədən.Risk edin.Sevgiyə qəfildən nöqtə qoyun və yeni abzasa keçin.Mənim keçmişimdən bircə not belə,bircə cümlə belə qalmayıb.Yeni notlar.yeni hərflər,yeni rənglər gətirin ruhuma.Həyatım lümlütdü.İçim bomboşdu.Ruhum çırılçıplaqdır.Əllərim bumbuzdur.Epidemiyaya yoluxmuşam.Nə bir hədəf,nə bir intiqam.Nə yeni addım,nə də nostajli.Durğunluqdur,durğunam.Yolun başındayam sanki və gözləyirəm ki duman dağılsın.Üstüm başım dumandır.Gecələr dumanın dağılmasını gözləyirəm,gündüzlər isə miraja görə ləngiyirəm.Bəs nə vaxt yola çıxım?Bilmirəm,bilmək də istəmirəm.
Hava soyuqdur,həqiqətən üşüyürəm.Və üstüm başım yaman qaşınır.Kağızlar uçuşur otaqda.Kofe də bitdi,siqaret də,kibrit də.Yox,siqaretim var,amma kibrit yoxdur.Hə,tapdım.Tavandan daman su ilə,tavandakı lampa arasında qısa qapanma yaradım,siqaret də yanacaq,özüm də isinəcəm.Nəysə,gedim isinim.Hava soyuqdur,çox soyuqdur.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 rəy:
Отправить комментарий