SlideShow

0

Son anlar

Gedibsən ya getməmisən bu mənimçün fərq eləmir, Bəlkə bu yazdığım səninçün əhəmiyyət kəsb eləmir. Amma mən hələ də gözləyirəm, Ki bəlkə çaşıb mesaj yazarsan,arada bir yadına düşsəm. Ümidlərimin yarısı salamat,yarısı xəstə, Heç nəyin üstündə bitdi hər şey. Qaç şəhərdən-bəlkə onda unuda bildim, Aramızda bu qədər istilik varkən,özünü məndən necə soyuda bildin?! Ağ səhifə,qara mürəkkəb və içimdən keçənlər, Adına ucaltdığım qafiyəli göydələnlər. Köçüb sevənlər,qalıbdır baş aldadanlar,ümidsizlər və qorxaqlar, Əgər sevgi bitibsə qanında, Bil ki bu yaşadığın son anlar.

0 rəy:

Отправить комментарий