SlideShow

0

Niyə?!

Məni niyə günahlandırırsız? Bilmədən,tanımadan. Əslində mən də sizə qatılıram, Eqolar sıfırın altında, İçimdə ümid gah yanır,gah sönür. Zəif işartılı lampalar. Amma hər şeyə mənim gözümlə baxın, Baxacaqsızsa yaxından baxın, Gözlərim uzağı görmür, Uzaqlar gözümü qamaşdırır. Yaxından da baxsaz əgər, Bu bir azca ağrı verəcək, Tüklər biz-biz,baxışlar donmuş, 18 yaşdan aşağı olanlara bildiriləcək dünyamın qapısında: Giriş qadağandır,içərisi qorxuludur. Məni niyə günahlandırırsız,nəyə əsaslanırsız? Həyat mənə ipucu versin! Başım təmiz qarışdı, Axı niyə ləkə dolu səhifələri inadla geriyə fırladırsız?! Özümü tapın mənim üçün,özümə vaxtım yoxdur, Halım yoxdur-düşmüşəm taqətdən, Minmək üçün cin atına, Ki bəlkə qətiləşərəm,nələrisə dəyişdirərəm. Və tam tərsi oldu,hamı məndən uzaqlaşdı,hamı qorxdu.

0 rəy:

Отправить комментарий