SlideShow

0

Kim ki Tanrı?!

Bir-iki nəfəs tüstünü, Bir-iki not musiqinin üstünə üfürdüm, Bir-iki damcı spirti, Üstünə qusuram yazdığım hər sətrin Ac qarnına yazdığım hər şeir, Beyinə gəlib gedən hər fikir, Yazammadığım hər ideya,hər fikir, Yazdıqca daralır dünya gözümdə və təkliyim genişlənir. İçimə sığmır. Havalar da isti deyil ki,səbəb gətirim,əksinə soyuqdur. Bəs axı daralmalıdır?! Köməyimə gəlmir artıq nə təbiət nə də ki, fizikanın qanunları. Yaxşı deyiləm,adı yoxdur indiki ruh halımın, Danışmadığım hər şeyi etiraf edəcəm indi, Sussun hamı! Bəzən cəsarət üçün artırıram içkinin miqdarını, Ayıq olduğum zamanlarda qorxsam da, Sərxoş olanda deyirdim ki: “Kim ki Tanrı?!”

0 rəy:

Отправить комментарий