SlideShow
0
Bir az sən,bir az mən
Hər şey ümidlə başlamışdı,
Hər şey sevgidən yaranmışdı.
Və qaranlıqlar qurtamırdı,
Nə edə bilərdim ki yazmaqdan başqa içimdəkiləri?
Sən qaçırsan,mən tutammıram,
Nə səni,nə də ki nəbzini zamanın.
Əlimdən nə gəlir ki indi darıxmaqdan başqa?
Yazıram,pozuram,yazıram-amma kimin vecinə
Ki içimdə tufanlar,gözümdə yağışlar.
Səhvi xəyalı qurmaqla elədim,səni arzulamaqla.
Hansı üznən səni sevdim ki,əlimdə nəyim var ki?
Dəvət eləməyə bircə günlük səni dünyama.
Heç nə yoxdur.
Nə bir ümid,nə xırda inanc,
Tanrı unutdu məni,səni.
İnanmırsan?
Onda hekayəmizə bir bax.
Unuduldum hər içimə qapandıqca,
Hər yazımda bir az sən,bir az da mən.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 rəy:
Отправить комментарий