SlideShow

0

Ya da ki yox.

Azadlıq məncə özünü məhv eləməkdir bilə-bilə,
Məsələn acığa siqaret çəkmək,içki içmək və daha nələr.
Sağlam deyil inan ki,beynimdəki bir fikir belə,
Xəstə düşüncələrimə iynə vur bəlkə düzəldilər.

Geriyə qayıtma heç,istəmirəm.
Rədd ol gözümün önündən.
Bundan sonra həyatımda qadınlara yer yoxdu bircə addımlıq belə,
Mən hər sevdikcə ölürəm.

Kim yaradıb onları-Tanrı mı?!
Lənətə gəlmiş bir dahidir Tanrı.
Bəşəriyyətin ən böyük səhviyəm mən,
Ya da ki yox ən kiçik-gözəgörünməyən.
Ömrümün ən böyük səhvisən sən,
Ya da ki yox ən kiçik-gözəgörünməyən.

Bəlkə bu səhər tezdən-mən də böcəyə dönüm?!
Ya da ki,yox istəmirəm.
Beynimə yatan ən gözəl fikirdir-bu şeiri bitirim və gedim ölüm.

0 rəy:

Отправить комментарий