SlideShow

0

Tıxac

İçimdə tıxac var,
Hisslərimin tıxacıdır bu.
Ən öndə tənhalıq,sonra qorxular və ən arxada uğursuzluqlar və gücsüzlüyüm,
Gecikirəm ölümlə görüşə,nə edim ki bu tıxacdan qurtulmaq üçün?
Kəsdirmə yol varmı görəsən qabaqda,ya bəlkə arxada olub?
Olubsa da fikir verməmişəm həmişəki tək hər halda.
Həyatımda yanır qırmızı işıq,heç nə tərpənmir,
Hər şey çox səssizdir və müdaxilə edə bilmirəm həyatıma,
Yaşamaq nə çətindir?!
Bir-iki litr göz yaşı lazımdı mənə,içimdəki tıxacı boşaltmaq üçün,
İçim boşalsa bəlkə də,məni də tərk edər bu hüzün.

0 rəy:

Отправить комментарий