SlideShow

0

Ölüm qabağı

bəziləri yerin altında doğulur.bəziləri yerin üstündə və həyatının mənasının zirzəmilərdə tapır.kimiləri musiqiylə böyüyür,kimiləri həyatının bir mərhələsində səssizlikdən bezir və musiqini kəşf edir.
elə də fərqi yoxdur,əsas olan bir vaxtda mövqeyi müəyyən etməkdir.
yerin üstündə olanlar,əsl həyat üstdədir deyir.yerin altına düşənlər qorxaqdırlar,qaçıb gizləniblər deyirlər.yerin altındakılar isə yerin üstndəkilərə fikir vermir.çünki vaxt itkisidir.Başını yuxarı qaldırıb söz dedikləri hər zaman ayaqlarının altında böcək üstlərinə çıxıb öldürə bilər onları.qarışıqdır,qəbul edirəm.amma qarışıq olmayan bir mövzu deyin,seksdən başqa.mən razı olacam,onsuz razı olmaq üçün gəlmişəm dünyaya.hər şeylə-ölüm,yaşam,itki,uğursuzl​uq və nələr,nələr.nəysə,yorğunam,su soyumamış gedim,çünki soyuq suda boğulmaq istəmirəm.özünüzə yaxşı baxın və çoxlu balıq yeyin.xeyirdir,mən az yeyirdim,pulum yoxdu deyə.

0 rəy:

Отправить комментарий